Modern.az

“Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı

“Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı

Aktual

20 Yanvar 2020, 11:27

20 Yanvar faciəsinin 30 ili tamam olur. O dəhşətlərlə yaşıdı və  hər kəsin dilində əzbər olan “Ağla, qərənfil, ağla” şeirini hamımız xatırlayırıq.

 

Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

 

Bu misraların müəllifi, böyük söz adamı, mərhum Məmməd Aslan baş verən hadisələrə həm də şahidlik edib.

 

Məmməd Aslanın qızı Təbrizə Aslan atasının bu şeirinin necə yaranması ilə bağlı Modern.az-a danışıb.

 

“20 Yanvar hadisələri baş verəndə mən də Bakıda, atamın yanında idim. Universitet tələbəsi idim. Hər gün dərsə gedib-gəlirdik. Həmin hadisələr ərəfəsində tələbələri meydanlara yığıb aparırdılar. O günlər mənim də gözlərimin önündə olub. Xatırlayıram ki, atam hər gün işə gedib-gəlirdi. 20 Yanvar hadisəsi baş verəndən sonra yollar əli silahlı əsgərlərlə dolu idi. O hadisədən sonra küçələr qərənfillərlə dolmuşdu. Necə ki, insan ən doğmasına yas saxlayır, atam da o hadisədən sonra  20 Yanvar şəhidlərinə yas saxladı. Atamın üzünü tük basmışdı. Bir azərbaycanlı kimi baş verənlərə Məmməd Aslan da üzülmüşdü, pis olmuşdu”.

 

Təbrizə Aslan deyir ki, atası o şeiri təsirlənərək qələmə alıb:

 

Atamın “Ağla, qərənfil, ağla” şeirində bir parça var.

 

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!

 

Baxın, qərənfil də ciyəri parçalanmış insanlarımıza oxşayır. Atam o şeiri təsirlənib yazmışdı. “Ağla, qərənfil, ağla” şeiri o hadisədən sonra hər kəsin dilində əzbər oldu.”.

 

Məmməd Aslanın qızı onu da əlavə edib ki, qərənfil o hadisələrdən sonra yas gülünə çevrildi:

 

“Gül yetişdirən yerlər qərənfili gətirib küçələrə düzürdü. Halbuki  o gülləri həmişə pulla alardıq. O hadisədən sonra qərənfil sevgililərin yox, yas məclislərinin gülü olduı”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı