Modern.az

Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR

Sumqayıtda qəzaya düşən 7 tibb işçisindən XƏBƏR VAR

20 Yanvar 2020, 14:47

Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəıetmə Birliyindən (TƏBİB) məlumat veriblər.

 

Məlumatda bildirilir ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili çağırışa gedərkən Hacı Zeynalabdin Tağıyev qəsəbəsində minik avtomobili ilə toqquşub. Hadisə yerinə gələn digər təcili yardım avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib.

 

Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi