Modern.az

Lavrovdan Liviya AÇIQLAMASI

Lavrovdan Liviya AÇIQLAMASI

Dünya

20 Yanvar 2020, 15:55

“Berlin konfransı çox faydalı olsa da, hələ Liviyadakı tərəflər arasında qərarlı və ciddi dialoq təmin olunmayıb”.

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Berlin konfransından sonra rusiyalı jurnalistlərə açıqlamasında deyib.

 

Konfransa uzun zamandır hazırlaşdıqlarını deyən Lavrov nəticədə Liviya böhranının aradan qaldırılması təklifləri ilə detallı bir sənəd üzərində razılıq əldə olunduğunu vurğulayıb:

 

"Bu təkliflər Liviyadakı tərəflərin danışıqlar masasına oturmasını və razılaşmanın əldə olunmasını təmin edəcək. Sənəddə Liviya böhranını hərbi yolla deyil, kənardan müdaxilə olmadan Liviyanın özünün həll etməsinin vacibliyinə dair maddə də öz əksini tapıb. Ümumilikdə konfransı çox faydalı hesab edirik, əlbəttə ki, liviyalıların özü problemi həll edəcək. Lakin Liviyadakı tərəflər arasında qətiyyətli və ciddi dialoq hələki təmin edilmir. Fərqli yanaşmalar isə çoxdur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır