Arxiv
20 Yanvar 2020, 21:11 | AKTUAL
İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi

Hər bir tarixi hadisənin həqiqi qiymətini zaman verir. 20 Yanvarın mənası, tariximizdəki yeri və rolu illər keçdikcə daha aydın görünür.

Bu baxımdan gələcəyimiz olan uşaqlara istiqlal mübarizəsinin qəhrəmanlıq salnaməsinin mahiyyəti haqqında sistemli məlumatların verilməsi böyük əhəmiyyət kəsb edir.

 

Modern.az xəbər verir ki,  Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına əsasən, ümumtəhsil müəssisələrində mühazirə, toplantı, konfrans və xüsusi dərslər təşkil edilib. Bundan başqa, təhsil müəssisələrində 20 Yanvar hadisələrinə həsr olunmuş dəyirmi masa, seminarlar keçirilib, kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Məktəblilərin, gələcəyimiz olan gənclərin tarixi həqiqətləri bilməsi olduqca əhəmiyyətlidir. Bu baxımdan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisində nümayiş olunan əsərlər və bütün tədris ocaqlarında keçirilmiş tədbirlər də şagirdlərin xalqımızın qəhrəmanlıq səhifəsinə baxışlarını əks etdirir. Şagirdlər 20 Yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hissini vətənpərvərlik ruhunda yaratdığı əsərlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə edirlər.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Azərtac-a açıqlamasında bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Bu qətliam xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardımın işçiləri də olub. Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Ulu öndər Heydər Əliyev baş vermiş hadisələrə etirazını bildirərək söyləyib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. ...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

“Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq haqqı qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Şəhidlər xiyabanı Azərbaycan xalqının 30 il əvvəl düçar olduğu böyük faciə ilə yanaşı, yenilməz iradəsindən xəbər verir. Özündə ümummilli hüznü yaşatmaqla bərabər, mübarizlik rəmzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin qayğı ilə əhatə olunmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verməsi də Vətən uğrunda canını qurban edənlərə olan sonsuz ehtiramın daha bir nümunəsidir”, - deyə R.Tağıyev qeyd edib.

BŞTİ-nin müdiri bildirib ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecə baş verənlərin ağrısı ilə yaşayır, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.

20 Yanvar şəhidlərinin qurban getdikləri amalların reallaşdırılması onların ruhuna ən böyük təskinlikdir. Əminik ki, bundan sonra da yetişməkdə olan nəsillər o müqəddəs ideyalara sadiq qalacaq, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün magistraturaya qəbul imtahanı keçirilir 23 Fevral 2020, 12:00 “Yarımçıq qalmış oyun” – VIII səhnəli PYES 23 Fevral 2020, 11:47 İrandakı zəlzələ Naxçıvanda da hiss edilib 23 Fevral 2020, 11:28 Ümumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik” 23 Fevral 2020, 11:05 İranda güclü zəlzələ olub 23 Fevral 2020, 10:44 Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozuldu 23 Fevral 2020, 10:29 İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38