Modern.az

Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR

Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR

21 Yanvar 2020, 17:40

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən namizədliyi qeydə alınmış Kamran Bayramov  seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki,  deputatlığa namizəd Kamran Bayramov Daşkəsən rayonunda seçkiğabağı təşviqatı rayon mərkəzi Daşkəsən şəhərindən başlayıb Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib. Seçicilərlə görüşü isə Mərkəzi Seçki Komissiyasının təyin etdiyi qapalı yerdə - şəhərin mədəniyyət mərkəzində olub.

 

Kamran Bayramov seçicilərlə görüşdən sonra torpaqlarımız uğrunda döyüşərək şəhid olmuş Zülfü Vəliyevin anası Tahirə xanıma baş çəkib, xeyli söhbət edib, ağbirçəyimizin xeyir-duasını alıb. “Allah şəhidlərimizə rəhmət eləsin!”-deyib.

 

Deputatlığa namizəd daha sonra Daşkəsən şəhərində Qarabağ əlili, rayon ziyalılarının ailələrinə baş çəkib, çay süfrəsi arxasında oturaraq  təşviqatını aparıb. Bütün rayon əhlinə can sağlığı, ailələrinə xoşbəxtlik, ruzi-bərəkət arzu edib.

 

Kamran Bayramov seçkiqabağı təşviqat çərçivəsində Daşkəsən kəndində olub. Kəndi qarış-qarış gəzib, qarşısına çıxan kənd sakinləri və gəncləri ilə görüşüb, kəndin həyatı ilə maraqlanıb, təşviqatını apararaq, xatirə şəkilləri çəkdirib.

 

Deputatlığa namizədin görüşləri bununla bitməyib. Daşkəsənin Bayan kəndində seçkiqabağı təşviqatını davam etdirib. Demək olar ki, bütün kəndi gəzib. İnsanlarla söhbətləşib, onları dinləyib.

 

Sonda seçicilər Kamran Bayramova səs verəcəklərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir