Modern.az

Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır”

Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır”

Aktual

21 Yanvar 2020, 19:04

Belarus Rusiyadan kənarda bazar qiymətləri ilə neft almaq və neft məhsullarının satışının rentabelliyini təhlil etmək niyyətindədir.

 

“BelTA”nın verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

"Təcrübədə bunun nə ilə nəticələnəcəyini də görməliyik. Beləliklə, şərqdəki qardaşlar bunun çox bahalı olacağı ilə qorxudurlar. Biz də hesablama aparmadan, bunu sınamadan, düşünürük ki, bacaracağıq. Bunun üçün də belə bir qərar qəbul edildi ki, Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç, Amerika, vacib deyil, hara nefti olur-olsun, bazar qiymətinə almalıyıq”, - A. Lukaşenko hökumətin bu gün keçirilən iclasında vurğulayıb.

 

A.Lukaşenko onu da bildirib ki, Rusiya Qazaxıstan neftinin Belarusa tədarükünə qarşı çıxır.

 

“Əgər Rusiya razılaşsa, Qazaxıstan bizə neft tədarük edə bilər. Qəribədir ki, bizim müttəfiqimiz başqa bir müttəfiqimizdən neft tədarükünə izn vermir. Neft tədarükü ilə bağlı situasiya belədir və biz gərək bunun öhdəsindən gələk”, – deyə o bildirib.

 

(Virtualaz.org)

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü