Modern.az

Ləman Ələşrəfqızı Oğuzun kəndlərində görüşlər keçirib - FOTO 

Ləman Ələşrəfqızı Oğuzun kəndlərində görüşlər keçirib - FOTO 

Aktual

22 Yanvar 2020, 12:24

"Oğuzun Qarabaldır və Kərimli kəndlərində seçicilərimizlə görüşdük. İnsanları narahat edən xeyli problemlər var. Bu səbəbdən də seçicilərlə görüşə özümüzlə təkliflər qutusu da apardıq. İnsanlar təkliflərini versin, dərd-sərlərini bizimlə həm də bu cür bölüşsün deyə. Bu gün qutumuza xeyli məktub atdılar".

 

Modern.az xəbər verir ki, bunu Əməkdar jurnalist, Oğuzdan deputatlığa namizəd Ləman Ələşrəfqızı deyib.

 

O, qeyd edib ki, məsələn, Qarabaldır kənd camaatını xüsusilə narahat edən orta məktəbdə şagird azlığı üzündən ikinci və üçüncü siniflərin birləşdirilməsidir.

 

"Onlar bu məsələni hətta Təhsil Nazirliyinin belə diqqətinə çatdırıblar. Amma problem həllini tapmayıb. İkinci məsələ kəndin transformator məsələsidir. Transformator sakinlərin dili ilə desək, sadəcə ölüm saçır. “Mal-qaramız transformatorun yaxınlığında otlayır, biri öldüsə biz də öldük”deyən insanlar bu məsələnin həllini istəyirlər.

 

Kəndin tibb məntəqəsi və içməli su problemi də var. Seçicilərimə jurnalist vərdişlərimi xatırladaraq bu məsələlərin həllində yardımçı olacağımı bildirdim. Onların mənə etimadı isə olduqca yüksəkdir. Siz bu kənddən ən azı 90 faiz səs toplayacaqsız deyirlər. Ümumiyyətlə, indiyə qədər görüşdüyüm hər bir kənddə bu cür etimadın şahidi oluram. Biz bu etimadı doğruldacağıq!-deyə, deputatlığa namizəd qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır