Modern.az

Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR

Cavanşir Paşazadə şəhid ailəsinin evində - FOTOLAR

Aktual

22 Yanvar 2020, 17:48

75-sayılı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadə seçicilərlə görüşlərini fərqli formada davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Cavanşir Paşazadə  seçicilərlə görüşə  Lənkəran şəhərindən başlayıb. Öncə mərhum ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən deputatlığa namizəd  abidə önünə gül dəstələri qoyub. Lənkəran əhli ilə görüşən Cavanşir Paşazadə seçicilərə regionların inkişaf etdiyini bir daha xatırladıb. Cavanşir Paşazadənin sözlərinə görə, indi ölkənin hər bir tərəfi gözəldir. Yerli turistlərlə yanaşı, əcnəbi turistlər də Lənkərana axın edir, gəlib burada dincəlirlər.

 

Daha sonra deputatlığa namizəd Cavanşir Paşazadə Lənkəran rayonuna daxil olan Vilvan kəndində seçicilərlə görüşüb.

 

Kənd camaatı ilə səmimi görüş keçirən deputatlığa namizəd  hər kəsin zəhmətini yüksək qiymətləndirib. Seçicilərə onlardan biri olduğu üçün çox xoşbəxt olduğunu xüsusi qeyd edib.

 

Daha sonra Cavanşir Paşazadə şəhid ailəsinin evini ziyarət edib. Şəhid ailəsi ilə söhbət zamanı Cavanşir Paşazadə hər bir şəhid ailəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, şəhidlərimizin hər zaman qəlblərdə yaşadığını söyləyib.

 

Sonda Lənkəran əhli növbəti dəfə də Cavanşir Paşazadəyə səs verəcəklərini bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı