Modern.az

Naftalanın icra başçısı səyyar qəbul keçirib

Naftalanın icra başçısı səyyar qəbul keçirib

Aktual

22 Yanvar 2020, 19:21

22 yanvar 2020-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərin İ.Həsənzadə küçəsi 10,12 və 13 nömrəlii çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərlə  növbəti səyyar görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, təşkil olunan görüşdə ŞİHB aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri  və sözügedən binaların sakinləri iştirak ediblər.

 

Səyyar qəbulda şəhər rəhbəri ötən ilin ölkəmiz üçün uğurlu il olduğunu, ölkəmizin hər bir sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında özünü güclü bir dövlət kimi təsdiqlədiyini qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hazırda özünün davamlı inkişaf dövrünü yaşadığını bildirib.

 

ŞİH başçısı həmçinin, ölkə Prezidentinin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının olduğunu, kurort şəhəri Naftalanda görülən bütün işlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, ötən illərdə olduğu kimi 2020-ci ildə də vətəndaşların istək və qayğılarına böyük diqqət yetiriləcəyini sakinlərin diqqətinə çatdırıb.

 

Vurğulanıb ki, ölkə başçısının tapşırığına uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sizlərin problemlərini öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır.

 

Qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən səsləndirilən bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli tapşırıq əsasında aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

 

Sakinlər qəbuldan məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı