Arxiv
22 Yanvar 2020, 20:18 | AKTUAL
Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO

65 saylı  Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşləri davam edir.

Modern.az  xəbər verir ki, növbəti görüş bu gün Kürdəmir rayonunun Mollakənd kəndində baş tutub.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli son illər rayonda görülən işlər, inkişafın göstəricisi olan tədbirlərdən söz açaraq qeyd etdi ki: “Rayon səviyyəsində görülən işlərdə hörmətli millət vəkilimiz akademik Əhliman Əmiraslanovun da xüsusi töhfəsi olub. O, hər zaman seçicilərinə dəstək olub, bir çox məsələlərdə onlara yardım edib. Həm yüksək ixtisaslı həkim kimi, həm də digər sosial məsələlərin həllində köməyini əsirgəməyib”. 

Çıxışının sonunda YAP rayon təşkilatının sədri hər kəsi 9 fevralda Əhliman Əmiraslanova səs verməyə çağırıb.

Görüş zamanı akademik Əhliman Əmiraslanov sakinləri maraqlandıran məsələlərdən söz açaraq, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə, o cümlədən Kürdəmir rayonunda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə məlumat verib. Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərlə həmişə  məşğul olduğunu və müvafiq strukturların rəhbərləri ilə bu problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb:“Mənim iş günüm seçicilərlə görüşdən başlayır. Bacardığım qədər hər kəsə yardım etməyə çalışmışam və bundan sonra da belə olacaq”.

Görüşə toplaşan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kəndlərindən olan seçicilər vurğulayıblar ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan insanların müayinə və müalicə olunmasında onlara yardım edib və çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatını təşkil edib. Kənd sakinləri məmununiyyətlə qeyd ediblər ki, Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub, mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib və insanları narahat edən məsələlərin həllində onlara yaxından köməklik göstərib.Tədbirdə çıxış edən yerli sakinlər deputatın həmişə seçicilərinin etimadını layiqincə doğrultmasından söz açaraq  9 fevral seçkilərində də, növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48 Heydər Əliyev prospektində qəza: tıxac yaranıb 16 Fevral 2020, 21:33 "Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi 16 Fevral 2020, 21:19 Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO 16 Fevral 2020, 20:57 Rafael Ağayev növbəti qızıl medalını qazandı 16 Fevral 2020, 20:39 Elmar Məmmədyarov Belçikaya getdi 16 Fevral 2020, 20:18 Mətbuat Şurası icazəsiz aksiyada monitorinq aparıb 16 Fevral 2020, 20:04 Şamaxıda zəlzələ oldu 16 Fevral 2020, 17:54 Səbaildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı 16 Fevral 2020, 17:51 İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 16 Fevral 2020, 17:45 Dövlət başçılarının MÜNHEN DEBATI: Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi 16 Fevral 2020, 17:38 Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb 16 Fevral 2020, 17:37 Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib 16 Fevral 2020, 17:30 Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib 16 Fevral 2020, 17:26 Məhərrəm Zülfüqarlı: Seçki şikayətlərinə baxılması üçün 3 gün azdır! 16 Fevral 2020, 17:21 Sınaq və buraxılış imtahanları keçirilib 16 Fevral 2020, 17:03 Bərdədə gənc oğlan dəm qazından zəhərlənərək öldü 16 Fevral 2020, 16:50 Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA 16 Fevral 2020, 16:42 YAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏT 16 Fevral 2020, 16:14 Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb 16 Fevral 2020, 16:00 “İsgəndər Həmidov koma vəziyyətindədir” - AÇIQLAMA 16 Fevral 2020, 15:22 Mübariz Qurbanlı: “Məni dolaşdıra bilmədilər” - SÖHBƏT 16 Fevral 2020, 15:11 Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı 16 Fevral 2020, 14:52 Bakıda dünya kubokunun qalibi bəlli oldu - Fotolar 16 Fevral 2020, 14:48 İlqar Məmmədov, Ruslan İzzətli saxlanılmayıb - DİN-dən AÇIQLAMA 16 Fevral 2020, 14:10 Azərbaycan Litvanı Twitterdə təbrik etdi 16 Fevral 2020, 14:02 Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 azərbaycanlıda koronavirus yoxdur - AÇIQLAMA 16 Fevral 2020, 13:58 Fazil Mustafa: “Mehman Hüseynovun iddiaları əsassızdır” 16 Fevral 2020, 13:43 8 PKK terrorçusu zərərsizləşdirilib 16 Fevral 2020, 13:26 Bakıya qayıdan iki nəfərdə yüksək temperatur: Klinikaya göndərdilər 16 Fevral 2020, 13:11 Sabaha gözlənilən hava proqnozu açıqlandı 16 Fevral 2020, 12:52 Lənkəranda iş qəzası: 62 yaşlı usta yıxılaraq dünyasını dəyişib 16 Fevral 2020, 12:35 Gürcüstanda azərbaycanlı keçmiş həyat yoldaşını qətlə yetirib 16 Fevral 2020, 12:27