Arxiv
23 Yanvar 2020, 16:16 | AKTUAL
Tibb bacılarına maaşdan əlavə pul mükafatı veriləcək - Məbləğ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.

 

Qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

 

İTSDA-dan Modern.az-a verilən məlumata görə, səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:

 

- sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;

 - sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;

- insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;

- ixtisas dərəcəsinə görə əlavə;

- fasiləsiz əmək stajına görə əlavə;

- gecə vaxtı yerinə yetirilən işə görə əlavə;

- əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;

- işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.

 

Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur.

 

Struktur vahidin/vəzifənin adı

Sabit əlavələrin məbləği

Orta tibb işçiləri (heyəti)

Reanimasiya şöbəsi (Laborant vəzifəsində çalışan işçilər istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsi (Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan işçilər istisna olmaqla)

160,00 manat

Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan işçilər istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya və doğum, Hemodializ, Laboratoriya, Fizioterapiya şöbələri, Aptek bölməsi, Statistika bölməsində tibbi statistik vəzifəsində çalışan, Radiologiya şöbəsində texnik vəzifəsində çalışan, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçiləri

110,00 manat

Ailə Sağlamlıq Mərkəzində çalışan orta tibb işçiləri

80 manat

Poliklinika, Radiologiya (Radiologiya şöbəsində texnik vəzifəsində çalışan işçilər istisna olmaqla) şöbələrində, Yoluxucu xəstəliklər və Vərəm şöbələrində stasionar xidmət göstərən, Nevroloji Sanatoriya və Sanatoriya-Kurort tipli bölmələrdə orta tibb işçiləri

80,00 manat

 

Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçiləri

40,00 manat

Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi

790,00 manat

Kiçik tibb işçiləri (heyəti)

Reanimasiya şöbəsi və Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində çalışan kiçik tibb işçiləri

60,00 manat

Cərrahiyyə, Doğum və Ginekologiya, Fizioterapiya, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Terapiya, şöbələri, Yoluxucu xəstəliklər və Vərəm şöbələrində stasionar xidmət göstərən Nevroloji Sanatoriya və Sanatoriya-Kurort tipli bölümlər, Adminstrativ və Qeyri-tibb bölümlərində çalışan kiçik tibb işçiləri

40,00 manat

Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi

210,00 manat

 

Əlavə olaraq, kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan orta və kiçik tibb işçilərinə sabit əlavələr də ödənilir.

 

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.

 

Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.)  gecə işlərinə cəlb edilən orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

 

Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.

 

Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Bu məqsədlə tibb müəssisələri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Qiymətləndirmə meyarları 3 qrupda birləşir:

- Xəstəxana strukturuna görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarlar üzrə toplanılan balların 2-yə nisbəti ilə müəyyən edilir);

- Tibbi-statistik göstəricilərə görə - maksimal bal 40-dır (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir);

- İnzibati idarəetmə fəaliyyətinə görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir).

 

Qiymətləndirmə nəticəsində tibb müəssisələri 3 qrupa (2-ci və 3-cü qruplar isə öz növbəsində iki kateqoriyaya – A və B kateqoriyasına) bölünürlər:

 

1-ci qrup – 30 bal daxil olmaqla 30 bal toplayan müəssisələr

 

2-ci qrup – 31-60 bal toplayan müəssisələr

 

A kateqoriya – 46-60 bal toplayan müəssisələr

B kateqoriya – 31-45 bal toplayan müəssisələr

 

3-cü qrup – 61 baldan yuxarı toplayan müəssisələr

 

A kateqoriya – 81 baldan çox toplayan müəssisələr          

B kateqoriya - 61-80 bal toplayan müəssisələr

 

Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq həvəsləndirici əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir. Qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələrin məbləği ilə Qaydadan tanış ola bilərsiniz.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenə şəhid verdi 29 Fevral 2020, 00:51 Gürcüstanda yenidən zəlzələ oldu 29 Fevral 2020, 00:29 Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər 29 Fevral 2020, 00:16 NATO-dan Türkiyəyə dəstək gəldi 28 Fevral 2020, 23:56 Eldar Mansurov: Babası xanəndə, atası tarzən olan bəstəkar - VİDEO 28 Fevral 2020, 23:55 Metropolitendə koronavirusla bağlı profilaktik dezinfeksiya işi - Foto 28 Fevral 2020, 23:45 Azərbaycandan Gürcüstana gedən şəxs karantinə alındı 28 Fevral 2020, 23:32 Bakıda avtobuslar belə dezinfeksiya edilir - FOTO 28 Fevral 2020, 23:11 Azərbaycanda koronavirusa yoluxan şəxs bu xəstəxanaya yerləşdirildi 28 Fevral 2020, 22:53 Avtobusun qatarla toqquşması 15  can aldı 28 Fevral 2020, 22:35 “Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident  28 Fevral 2020, 22:18 Kürdəmirdə zəncirvari yol qəzası 28 Fevral 2020, 21:57 “Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb” - İlham Əliyev 28 Fevral 2020, 21:46 Ərdoğan Trampla son durumu müzakirə etdi 28 Fevral 2020, 21:32 Türkiyə ilə Rusiya arasında danışıqlar yekunlaşdı 28 Fevral 2020, 21:21 “Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edir 28 Fevral 2020, 21:06 Fənn olimpiadalarının yarımfinal turunun nəticələri AÇIQLANDI 28 Fevral 2020, 20:51 Gürcüstanda karantinə götürülənlərin sayı 39-a çatdı 28 Fevral 2020, 20:33 Rusiya və ABŞ-ın qərargah rəisləri İdlib hücumunu mazakirə etdi 28 Fevral 2020, 20:17 Parlamentdə 4 nəfər koronavirusa yoluxdu: bütün iclaslar təxirə salındı 28 Fevral 2020, 20:03 Ev heyvanında koronavirus aşkar edildi 28 Fevral 2020, 20:00 Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - FOTO - VİDEO 28 Fevral 2020, 19:52 Azərbaycan Misirə başsağlığı verdi 28 Fevral 2020, 19:43 Hökümət koronavirusa görə hüquq mühafizə orqanlarına göstəriş verdi 28 Fevral 2020, 19:34 Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - AÇIQLAMA 28 Fevral 2020, 19:25 İnam Kərimov Ucarda respublika müşavirəsi keçirdi 28 Fevral 2020, 19:08 “Sərhədlərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək” - DSX 28 Fevral 2020, 19:00 ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat YAYDI 28 Fevral 2020, 18:54 Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu dəyişdirildi 28 Fevral 2020, 18:48 İranla sərhədin bağlanması istiqamətində danışıqlar aparılır - RƏSMİ 28 Fevral 2020, 18:42 TƏBİB rəsmisi: Belorusiyaya gedən Azərbaycan vətəndaşında koronavirus Bakıda aşkarlanmayıb 28 Fevral 2020, 18:36 TƏBİB-dən Ağdaşda yayılan görüntüyə REAKSİYA: Yorğunluqdan huşunu itirib 28 Fevral 2020, 18:30 Koronavirusa görə 24 saat işləyən “Qaynar xətt” yaradıldı 28 Fevral 2020, 18:24 Qərargah: 38 dərəcə hərarəti olanlar yoxlanmalıdılar 28 Fevral 2020, 18:18 Koronavirusa görə 224 nəfər karantin şəraitində saxlanılır - QƏRARGAH 28 Fevral 2020, 18:12