Ermənistanda dövlət çevrilişinin qarşısı alınıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan açıqlama verib.
“Onu deyə bilərəm ki, bir neçə belə addımlar atılıb. Lakin bütün bu cəhdlərin qarşısı alınıb və təhlükə yoxdur”-deyə Qriqoryan deyib.
O, çevriliş cəhdindən sonra işdən azad olunanların olduğunu və cinayət işi qaldırmağa ehtiyac yaranarsa, prosedurun gerçəkləşəcəyini əlavə edib.