Arxiv
24 Yanvar 2020, 12:28 | AKTUAL
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur - FOTO  

Yeni Azərbaycan Partiyasının 65 saylı  Saaatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi, akademik Əhliman Əmiraslanov  Sabirabad rayonunun Yolçubəyli, Narlıq və Türkədi kəndlərinin seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva partiyanın ölkəmizin inkişafındakı rolundan danışıb: “Yeni Azərbaycan Partiyası ölkəmizin  ən güclü siyasi təşkilatıdır. Seçkilərdə YAP tərəfindən ən layiqli namizədlər irəli sürülüb. Demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və  beynəlxalq standartlara uyğun keçirilir. Eyni zamanda, partiyamızın “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında uğur qazanacağının və növbəti 5 ildə də uğurlu nailiyyətlərin şahidi olacağıq. Fevralın 9-da keçiriləcək seçkilərdə də akademik Əhliman Əmiraslanovun  qalib gələcəyinə şübhə yoxdur.”

 

Yeni Azərbaycan Partiyası tərəfindən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən akademik Əhliman Əmiraslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və növbəti dəfə Milli Məclisin deputatı seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib. Daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışaraq, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını diqqətə çatdırıb. Akademik xüsusi olaraq vurğulayıb ki, ölkəmizin belə yüksək inkişaf  tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır: “Ona görə də bu gün YAP Azərbaycanın hər yerində sevilən və dəstəklənən siyasi təşkilatdır. Xalqımız YAP-ın bütün bütün qərar və addımlarını dəstəkləyir, onların həyata keçirilməsində fəal rol oynayır. Ötən müddətdə  mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onların qaldırdıqları məsələlər parlament tribunasından səsləndirilib, eləcə də həll edilməsi  aidiyyati dövlət qurumlarına ünvanlanıb. Dünyada, regionda gedən proseslər və bu proseslərdə Azərbaycanın yeri, xüsusilə son zamanlar Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkədə aparılan kadr və struktur islahatları, bu islahatların əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin dayanaqlılığı, möhkəmləndirilməsində və xalqın maddi rifahının daha da yaxşılaşdırılmasında rolu danılmazdır. Beləliklə də xalqımızın ölkə Prezidentinə olan inamı və rəğbəti onu deməyə əsas verir ki, bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyi şübhəsizdir.”

 

Görüşdə seçicilər adından cıxış edən kənd sakinləri Əhliman Əmiraslanovun onlara hər zaman qayğı ilə yanaşdığını və fevralın 9-da seçki məntəqələrinə gedərək birmənalı olaraq YAP-ın namizədini, akademik Əhliman Əmiraslanovu dəstəkləyəcəklərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırır 25 Fevral 2020, 00:52 Bakıxanovda piyadanı vuran sürücü qaçdı 25 Fevral 2020, 00:36 "Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı 25 Fevral 2020, 00:21 Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur 25 Fevral 2020, 00:03 Daha bir ölkədə koronavirus aşkarlandı 24 Fevral 2020, 23:50 Şəkidə biri azyaşlı olmaqla 4 nəfəri it dişləyib 24 Fevral 2020, 23:33 Azərbaycan nefti ucuzlaşıb 24 Fevral 2020, 23:19 Xırdalanda 18 yaşlı gənc bıçaqlandı 24 Fevral 2020, 23:03 Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard dollar istəyəcək 24 Fevral 2020, 22:39 Şəhid İbrahim Vəliyevin cənazəsi  Zərdaba gətirildi -  VİDEO 24 Fevral 2020, 22:16 Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi 24 Fevral 2020, 21:57 İranda koronavirusdan ölənlərin sayı artdı 24 Fevral 2020, 21:53 Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi 24 Fevral 2020, 21:36 Abşeronda 64 yaşlı qadın dənizdə batdı 24 Fevral 2020, 21:24 Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi 24 Fevral 2020, 21:11 İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi 24 Fevral 2020, 21:01 Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı 24 Fevral 2020, 20:46 Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi 24 Fevral 2020, 20:29 MSK Azər Qasımlının şikayətini təmin etmədi 24 Fevral 2020, 20:24 AzTV-nin gənc aparıcısı sədr müavini TƏYİN OLUNDU 24 Fevral 2020, 20:06 Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı 24 Fevral 2020, 20:00 Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ 24 Fevral 2020, 19:41 Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu 24 Fevral 2020, 19:32 MSK sədri: “Məzahir Pənahovun yanında Stalin toya getməlidir” 24 Fevral 2020, 19:23 Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI 24 Fevral 2020, 19:14 Bəzi şagirdləri məktəbə buraxmadılar 24 Fevral 2020, 19:05 Məzahir Pənahov: “Əsgərlərin hamısının eyni namizədə səs verməsinin səbəbini deyə bilmərik” 24 Fevral 2020, 18:56 Daha bir ərəb ölkəsində koronavirus aşkarlandı   24 Fevral 2020, 18:47 MSK Naqif Həmzəyevin dairəsini ARAŞDIRACAQ  24 Fevral 2020, 18:39 Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü 24 Fevral 2020, 18:36 MSK Rauf Əliyevin dairəsi ilə bağlı şikayəti RƏDD ETDİ   24 Fevral 2020, 18:28 Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı 24 Fevral 2020, 18:25 Bakıda sevgililər dəm qazından boğularaq öldü 24 Fevral 2020, 18:21 MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi 24 Fevral 2020, 18:20 Yaranışın yeni formuluŞərq hikməti və ya “Mühəndislik fəlsəfəsi” 24 Fevral 2020, 18:14