Modern.az

Bakılı Leyla Məmmədzadə Dmitri Medvedevlə bağlı AÇIQLAMA VERDİ

Bakılı Leyla Məmmədzadə Dmitri Medvedevlə bağlı AÇIQLAMA VERDİ

24 Yanvar 2020, 13:19

Rusiyanın “FESCO” nəqliyyat şirkətinin Direktorlar Şurasının sədri, əslən Bakıdan olan iş adamı Leyla Məmmədzadə eks-baş nazir Dmitri Medvedevlə bağlı danışıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o keçmiş iş ortağı Ziyavudin Maqomedin həbsinin Dmitri Medvedevlə bağlı olmadığını söyləyib .

“Baş verənləri sona qədər anlamıram və nəyin baş verdiyini dərk etmirəm. Maqomedovun işi ilə Dmitri Medvedevlə arasında bağlılıq da görmürəm. Ona görə Medvedin baş nazirlikdən istefaya göndərilməsinin məsləyə heç bir dəxli yoxdur”.

 

Xatırladaq ki, Ziyavuddin Maqomedov və qardaşı Maqomed Maqomedov 2018-ci ilin 30 martından külli miqdatda vəsaiti mənimsəmək (11 milyard rubl) və fırıldaqçılıqda ittiham olunaraq həbsdə saxlanılırlar. Ziyavuddin Maqomedov Medvedevin hakimiyyəti dövründə sərvətini kəskin artırıb. 2012-ci ildə 900 milyon dollar sərvəti olan iş adamı 2017-ci ildə 1,4 milyard dollara yiyələnib. Çoxları onunla Medvedev arasında dostluq münasibətlərinin olması və buna görə iş adamının böyük pul qazandığını iddia edir.

 

Leyla Məmmədzadə 1975-ci ildə Bakıda anadan olub. Neft və Sənaye Universitetini bitirərək təhsilini ABŞ-ın Texas ştatında biznes idarəçiliyi üzrə davam etdirən azərbaycanlı qız “Shell” şirkətində işə düzəlib. 2010-cu ildə isə Moskvaya köçərək Ziyavəddin Maqomedova məxsus “Summa” şirkərində icraçı direktor işləyib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?