Modern.az

Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB

Aktual

25 Yanvar 2020, 08:54

Türkiyənin şərqindəki Elazığ vilayətində yerli vaxtla saat 03:48 6,8 gücündə yeraltı təkanlar qeydə alınıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 20 nəfər həlak olub, 1000-dən çox insan yaralanıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətin baş verdiyi Elazığ və Malatya vilayətlərinə çox sayda ağır texnika cəlb olunub. Ölənlərdən 15-i Elazığ, 5-ü isə Malatyada həyatını itirib.

 

XXX

Türkiyədə baş verən zəlzələ nəticəsində  ölənlərin sayı 11-ə çatıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, uçan 6 mərtəbəli yaşayış binasının dağıntıları altından 1 nəfər yaralı çıxarılıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi istiqamətində  tədbirlər  davam etdirilir.

 

***

 

"Türkiyədə zəlzələ nəticəsində  4 nəfərin ölməsi haqqında məlumatlar var".

Modern.az  xəbər verir ki, bu barədə  Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Məlumata görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.


***

 

Türkiyədə  güclü zəlzələ oldu.

 

Modern.az  xəbər verir ki, 6,8 bal gücündə  yeraltı təkanlar Elazığ vilayətinin Sivricə rayonunda  qeydə alınıb.

Məlumata görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Tələfat barədə hələlik məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi