Modern.az

Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR

Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR

25 Yanvar 2020, 11:10

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizəd olaraq iştirak edən Novruz Aslanov yanvarın 24-də dağlıq ərazidə yerləşən kəndlərdə öz təbliğat kampaniyasını davam etdirib.  

 

Modern.az xəbər verir ki, Qalacıq, İstisu, Sumağallı, Balik və Göytəpə kəndlərində vəkillərinin iştirakı ilə təşviqatı baş tutub.

 

Məlumat üçün bildirək ki, İsmayıllı rayonunun özəlliklərindən biri çoxmillətli olmasıdır. Burada azərbaycanlılarla yanaşı ruslar, malakanlar, ləzgilər, tatlar, hapıtlar, yəhudilər və digər milli azlıqların nümayəndələri birgə yaşayırlar. Dövlətimizin multikultural dəyərləri yaşatması İsmayıllı rayonunun timsalında bir daha öz təsdiqini tapır. Qalacıq, İstisu, Sumağallı kəndlərində əsasən ləzgilər yaşayırlar.

 

Novruz Aslanovla görüşə gələn seçicilər ona təşəkkür edərək bir daha kəndlərinə gəldiyindən məmnun olduqlarını bildirdilər. Novruz Aslanov bölgələrin sosial-iqtisadi sahədə inkişafına misal olaraq Qalacıq, İstisu, Sumağallı kəndlərinə çəkilən yeni safalt yolu, təbii qazı göstərdi. Sakinlər buna görə dövlət başçısına və bu işdə əməyi olan hər bir kəsə öz təşəkkürlərini bildirdilər.

 

Qalacıq seçiciləri bir neçə il öncə Novruz Aslanovun kənddə məşğulluğu təmin etmək məqsədilə 30-a yaxın ailəyə xalça toxumaları üçün dəzgahların verdiyini yada saldılar. Sumağallı kəndində körpü və içməli su anbarının tikintisi də bu sıradan idi. Ödənişli əsaslarla təhsil alan tələbələrə davamlı olaraq təhsil haqlarının ödənişinə mümkün yardımın edilməsi Novruz Aslanovun diqqətlə yanaşdığı sahələrdən biridir. Bu məqsədlə edilən müraciətlərin həlli onun üçün daha böyük önəm daşıdığını seçicilərin diqqətinə çatdlraraq, namizəd bu günə kimi belə tələbələrin təhsilinin yarımçıq qalmaması üçün əlindən gələni əsirgəmədiyini vurğuladı. 

 

Əlavə olaraq bildirək ki, Novruz Aslanovun kəndlərdə görüşü qrafikə uyğun olaraq davam edir

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...