Modern.az

Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR

Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR

26 Yanvar 2020, 17:57

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun Şirvanda seçicilərlə möhtəşəm görüşləri davam edir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Rəşad Camalov bugünkü görüşlərini şəhid ailələrinin evində keçirib.

Azərbaycanın ilk Milli qəhrəmanı Nofəl Quliyevin ailəsinə baş çəkib. Görüş zamanı şəhidlərin əbədi yaşadıqlarını qeyd edib.

Qarabağ şəhidləri Əlikram Hətəmov və Musa Abdullayevin ailəsinin evinə gedərək onlarla səmimi görüşlər keçirib.

Görüş zamanı Rəşad Camalov  bildirib ki, Şirvan şəhəri birinci Qarabağ savaşında şəhidlər verib. Şirvanın mərd, vətənpərvər şəhər olduğunu qeyd edən deputatlığa namizəd bildirib ki, Azərbaycan hamımızındır. Bu torpaq igidlər diyarı kimi tanınıb.

Görüşlərin sonunda Şirvan sakinləri fevralın 9-da Rəşad Camalova səs verəcəklərini xüsusi qeyd ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi