Arxiv
27 Yanvar 2020, 12:09 | TƏHSİL
Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK

Azərbaycandakı orta məktəblərin təxminən 50 faizində şagirdlərin sayı 200 və aşağıdır.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ölkədə əhalinin sayı hər il artır və orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır: "Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur".

 

Nazir bildirib ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədidə, Sulutəpə, Xırdalan şəhərində, Abşeron rayonunun Masazır və Saray qəsəbələrdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək.

 

C.Bayramov qeyd edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: "Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq".

 

Nazirin sözlərinə əsasən, 2019-cu ildə Təhsil Nazirliyinin hədəflərə uyğun olaraq 84 yeni məktəb tikilib və ya əsaslı təmir edilib: "Bu istiqamət Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. 2019-cu ildə onlarla yeni məktəb binası Mehriban Əliyevanın birbaşa qayğısı sayəsində tikilərək istifadəyə verilib və beləliklə 2019-cu ildə 100-dən çox məktəb binası istifadəyə verilib".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32 Azərbaycan ordusunun əsgəri şəhid oldu - FOTO 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20