Modern.az

İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı - koronavirusa görə

İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı - koronavirusa görə

Aktual

28 Yanvar 2020, 14:42

İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.

 

Modern.az xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

 

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib.

 

Nazirin sözlərinə görə, indiyədək İranda koronovirusu ilə əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb (trend).

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü