Modern.az

Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - Fotolar

Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - Fotolar

28 Yanvar 2020, 16:17

55 saylı Xaçmaz şəhər seçki dairəsindən  deputatlığa namizəd Lalə Abbasova seçicilərlə bir araya gəlib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Lalə Abbasova dünən və bu gün seçiciləri ilə görüşüb.

 

Seçicilərin dəvəti ilə Lalə Abbasova Hacıqurbanova kəndinə yollanıb. Orada seçiciləri ilə səmimi görüşlər keçirən Lalə Abbasova bəzi məsələləri onlarla bölüşüb.

 

Bu gün isə deputatlığa namizəd Xaçmazda yerləşən Olimpiya stadionunda insanlarla görüşüb. Görüşə 200-ə yaxın seçici qatılıb. Görüş zamanı insanlar bəzi problemlərini dilə gətiriblər. Seçicilər “biz sizi deputat görmək istəyirik. 5 il bizimlə işləmisiz. Ümidimiz sizədir. Ona görə də səsimizi sizə verəcəyik”-deyiblər.

 

Lalə Abbasova deputat seçiləcəyi təqdirdə qanun çərçivəsində məsələləri həll etməyə çalışacağına bildirib.

 

Lalə Abbasova Xaçmazın İzmayılovka qəsəbəsində də olub. Hətta bəzi seçicilər  anonim zənglər gəldiyini və Lalə Abbasovanı dəstəkləməmək üçün onlara tapşırılar verildiyini də söyləyiblər.

 

Seçicilər isə fevralın 9-da Lalə Abbasovaya səs verəcəklərini deyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir