Ötən gün 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin həmin dairədə yaşayan tanınmış idmançılar, dəfələrlə Avropa, dünya çempionu, olimpiya qalibi olmuş gənclərlə görüşü olub.
Görüşdə çıxış edənlər bildiriblər ki, onlar Üvi Quliyevi özlərindən biri hesab edir, peşəkar idmançı kimi ona olan rəğbətlərini gizlətmirlər. Xüsusi qeyd olunub ki, onların namizədini bir çoxlarından fərqləndirən cəhət yalnız idmançıların deyil, ona üz tutan hər kəsin problem və müraciətinə biganə qalmaması, daima haqqın və haqlının yanında olmasıdır. Ülvi Quliyevin dövlətinə sadiqliyini önə çəkən sakinlər birmənalı olaraq ona səs verəcəklərini, seçim üçün başqa alternativin olmadığını bildiriblər.
Karatenin inkişafındakı xüsusi xidmətlərinə görə 8-ci Dan qara kəmər dərəcəsinə layiq görülməsi münasibəti ilə Ülvi Quliyevi təbrik edən Yasamal rayonu idman ictimaiyyətinin tanınmış nümayəndələri bildiriblər ki, onlar bu seçkidə də Ülvi Quliyevin deputatlığa namizədliyini dəstəkləyir, yekdilliklə ona etimad göstərirlər.
Sonda idmançılara səmimi dəstəyə görə təşəkkürünü bildirən Ülvi Quliyev əmin etdi ki, bundan sonra da dövlətçiliyin qorunmasında, gənclər siyasətinin həyata keçirilməsində tutduğu yolu davam etdirəcək.
Modern.az görüşdən videonu təqdim edir: