Arxiv
28 Yanvar 2020, 18:58 | AKTUAL
Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir - FOTO-VİDEO

24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva bir gün belə fasilə vermədən seçiciləri ilə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, gün ərzində öz seçki dairəsi üzrə Rüstəmov 3, 5, 41, 43, 47, Nəsimi 32, 32a və Məhsəti 16/20 ünvanlarında yerləşən binaların sakinləri ilə mənzillərdə görüşlər keçirilib. İnsanlarla geniş tərkibli görüş, əhatəli söhbət və onları yaxından dinləmək üçün çoxsaylı xahişləri nəzərə alan Könül Nurullayeva xüsusi ayrılmış qərargahda seçicilərini bir araya toplayıb. Bu işdə Nizami rayonunun fəalları ona yardımçı olublar. Görüşdə vətəndaşlar onları düşündürən problemlərə toxunublar və onların həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə ediblər. Könül Nurullayeva hər bir halda danışılan məsələlərin həllinin daim diqqətdə saxlayacağına söz verib.

 

Axşam saatlarında isə bir qrup rayon ağsaqqalı ilə ayaqüstü toplantı keçirilib. Söhbət zamanı ağsaqqallar onları narahat edən problemlərdən söz açıblar.

 

K.Nurullayeva onları diqqətlə dinləyib və məsələlərin həlli yolları müzakirə edilib.  Könül xanımın sözlərinə görə namizədliyini irəli sürəndə onu dəstəkləyən və inanan insanlara yaxın olmaq, öz ailəsi kimi dəyər verib onları diqqət mərkəzində saxlamaq, dərdlərinə şərik olmaq yolunu seçib. Namizəd bunu özünün müqəddəs borcu adlandırıb.

 

Könül Nurullayeva haqqında qısa məlumat

 

2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

 

O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.

 

K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

 

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.

 

2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

 

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin byaradılması haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilir.

 

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdmanda gender bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

 

Ailəlidir, 1 övladı var.

 

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.

 

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

https://www.youtube.com/channel/UC-vU4BfygJt7FlUVZTB_6cA

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38