Modern.az

Səhiyyə Nazirliyindən dəhşətli virusla bağlı əhaliyə MÜRACİƏT

Səhiyyə Nazirliyindən dəhşətli virusla bağlı əhaliyə MÜRACİƏT

29 Yanvar 2020, 12:45

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə müraciət edib.

 

Bununla bağlı Səhiyyə Nazirliyindən Modern.az-a daxil olan məlumatda əhaliyə bəzi tövsiyələr verilib.

 

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

 

Əllərinizi yuyun;

öskürdükdən və asqırdıqdan sonra;

xəstələrə qulluq edərkən;

yemək hazırlayərkən, əvvəl və sonra;

yeməkdən əvvəl;

tualet istifadəsindən sonra;

əllər vizual olaraq çirkli göründükdə;

heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra;

Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun;

Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli;

təmizləyici (dezinfectant) istifadə edin.

 

Başqalarını xəstələnmədən qoruyun

 

  • Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
  • İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
  • Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

 

Özünüzü xəstələnməkdən qoruyun

 

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin

 

Qida təhlükəsizliyini tətbiq edin

 

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin;

Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun;

Qida təhlükəsizliyini tətbiq edin;

Xəstə və ölü heyvanlar yeyilməməlidir;

Qida təhlükəsizliyini tətbiq edin;

 

Alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.

 

Heyvan bazarlarında alış-veriş edirsiniz?

  

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun; 

Gözlərə, burun və ya ağzınıza toxunmayın; 

Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin; 

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.

 

Heyvan bazarlarında iş?

 

Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun;

Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin;

Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin;

İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın;

Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin;

 

Koronavirus infeksiyası riskini azaldın:

 

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun;

Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal, və ya dirsək bükümünüzlə bağlayın;

Ət məhsullarını və yumurtanı tam bişirin;

Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.

  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi