Modern.az

“Trampın planı İsrailə xidmət edir” -  Politoloq ŞƏRHİ

“Trampın planı İsrailə xidmət edir” -  Politoloq ŞƏRHİ

Aktual

29 Yanvar 2020, 15:35

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrail-Fələstin qarşıdurmasına son qoyacaq və “Əsrin razılaşması” adını alan sülh planını təqdim edib. O, mətbuatın qarşısına İsrail lideri Benyamin Netanyahu ilə birlikdə keçib. D. Tramp tərtib etdiyi razılaşmanın fələstinlilərə dövlət qurmaq üçün son şans hesab etdiyini bildirib.

 

Modern.az-a bu barədə danışan politoloq Elxan Şahinoğlu Trampın təqdim etdiyi sənədin reallaşmasının problemli olduğunu söyləyib:

“Çünki yalnız bir tərəfin maraqları nəzərə alınıb. Təsadüfi deyil ki, D.Tramp bu sənədi açıqlayarkən, sağ tərəfindəki Benyamin Netanyahudan başqa heç kim yox idi. Fələstinlə razılaşdırılmayıb, mövqeləri öyrənilməyib və qəfil belə bir planın ortaya qoyulması birmənalı İsrailin maraqlarına xidmət edir. Fələstinə şirnikləndirici təkliflər var – 50 milyard dollarlıq investisiya, Şərqi Qüdsün Fələstinin paytaxtı qəbul olunması, gələcəkdə Amerikada Fələstin səfirliyinin açılması və s.

Bütün bunlara baxmayaraq, Fələstin rəhbəri Mahmud Abbas həmin sənəddən narazıdır. Belə görmək olar ki, bu plan uzun illərin münaqişəsini həll etməyəcək”.

 

Elxan Şahinoğlu düşünür ki, “Əsrin razılaşması” tərəflər arasında vəziyyətin gərginləşməsinə səbəb ola bilər:

“Türkiyə, İran, bəzi Ərəb ölkələri də planın əleyhinədir. Bu sənədin ortaya atılması ola bilər, seçkiqabağı məsələlərlə bağlıdır. İsraildə parlament seçkiləri keçiriləcək. Benyamin Netyanyahu mövqeyini gücləndirmək istəyir. Tramp da noyabrdakı prezident seçkilərində daha çox dəstəyə ehtiyacı var. Bu seçkiyə hesablanmış plan ola bilər. Danışıqlarda Fələstin də iştirak etsəydi, müsbət nə isə gözləmək olardı”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub