Modern.az

Aida Eyvazlının məqaləsi Qazaxıstan mediasında səs-küy yaratdı

Aida Eyvazlının məqaləsi Qazaxıstan mediasında səs-küy yaratdı

29 Yanvar 2020, 15:15

Tanınmış jurnalist Aida Eyvazlının  Qazaxıstan prezidenti Qasım Jomərd Tokayevin Abay Kunanbayev haqqında  yazdığı “Abay və Qazaxqıstan XXI əsrdə”  məqaləsini Azərbaycan dilinə tərcümə etməsi Qazaxıstan mediasının gündəminə çevrilib.

 

Modern.az xəbər verir ki, Aida Eyvazlı Qazaxıstan prezidenti Qasım Jomərd Tokayevin Abay Kunanbayev haqqında məqaləsini Azərbaycancaya çevirib. Azərbaycanın media orqanlarında yayımlanan məqalə Qazaxıstan mediasının da diqqətini çəkib.

Aida Eyvazlı bu barədə fikirlərini əməkdaşımızla bölüşüb:

“Prezidentin məqaləsini oxuyaraq belə qərara gəldim ki, bu məqalə türk dünyası və Abay irsi , ədəbiyyat biliciləri üçün önməli bir proqram məqaləsidir.  Bundan əvvəl, həmin məqalə haqqında “Abay qazaxların göz muncuğudur” yazım dövlətin rəsmi qəzeti “Egemen Qazaqstanda” yayımlandı. Sonra Qazaxıstan Respublikasının prezidenti cənab Tokayevin mələsini doğma dilimizə tərcüməetdim.  Dünən “Respublika” qəzetində Abay Kunanbayev haqqında yazım çıxandan sonra bunu Qazaxıstan cəmiyyəti böyük maraqla qarşılayıb. Gecə ilə Qazaxıstanın rəsmi dövlət qəzeti “Egemen Qazaqstan” və Kazinform” Beynəlxalq İnformasiya Agentliyi “Abay və Qazaxıstan XXI əsr” məqaləsinin tərcümə olunmuş variantı haqqında yazı hazırladı və məndən müsahibə götürdülər”.

 

Modern.az saytında mənim tərcüməm əsasında hər  gün yayımlanan “Abay Kunanbayevin “Qara Sözü” Modern.az-da” adlı Abayın əsrələrindən olan seçmələr haqqında da məlumat verdim. Kazinform BİA bu məsələyə də geniş diqqətayırıb.

Jurnalist onu da diqqətə çatdırıb ki, sabahdan Bakıda “Abay günləri” keçiriləcək:

Beynəlxalq Türk Akademiyasının prezidenti, “Egemen Qazaxıstan” qəzetinin İdarə Heyətinin sədri Darxan Kıdıralı bu gün Bakıya gəlib. Böyük tədbirlərin fonunda paytaxtda həm də “Abay günləri” keçiriləcək. “Abay günləri” sabah Bakı Dövlət Universitetində başlayacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi