Modern.az

104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin ən şanslı namizədi... Niyə məhz Rauf Vəliyev?

104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin ən şanslı namizədi... Niyə məhz Rauf Vəliyev?

29 Yanvar 2020, 20:30

1.    Rauf Vəliyev Gədəbəydə böyüyüb


1968-ci ildə Gədəbəyin Şahdağ kəndində anadan olan Rauf Vəliyevin uşaqlığı Gədəbəydə keçib, tez-tez yaxın qohumlarının yaşadığı Tovuzda olub. Orta təhslini də Gədəbəydə alıb. Atası Fərhad müəllim, babaları Rza müəllim, Hüseyn kişi el-obanın ən hörmətli, sayılıb-seçilən ziyalılarından, ağsaqqallarından olublar. Belə ailədə, belə mühitdə böyüyən Rauf Vəliyev təbii ki, o torpaqların, o ailənin mentalitetini, ruhunu özündə birləşdirib.



2.    Rauf Vəliyev el-obasına bağlı adamdır


Bakıya gəlib təhsil alanda da, dövlət qulluqçusu kimi çalışanda da, geniş biznes fəaliyyəti ilə məşğul olanda da Rauf müəllimin bir ayağı həmişə Gədəbəydə, Tovuzda olub. El-obasına bağlı olan Rauf müəllim özünün dediyi kimi, o dağların havasını udan kimi mənəvi rahatlıq tapıb.


3.    Rauf Vəliyev el-obasının qayğısına qalandır


Təbii ki, böyüyüb boya-başa çatdığı yerlərə bu qədər bağlı olan, yerli sakinlərin yaşadığı çətinlikləri birbaşa özü yaşayan Rauf Vəliyev o yerlərin problemini də hamıdan yaxşı bilir. Ona görə də həmişə arzulayıb ki, bu problemlərin həlli üçün nəsə edə bilsin. İş adamı kimi pul qazanmağa başlayanda isə artıq əməli işə keçib, istəklərini reallaşdırıb. Məsələn, kəndə içməli suyun çəkilməsi, ilk dəfə tibb məntəqəsinin açılması kimi mühüm əməllər üçün onun böyük miqdarda vəsait xərcləməsini xüsusi qeyd etmək lazımdır.


4.    Rauf Vəliyev xeyriyyəçi kimi tanınır


Hamımız bilirik ki, hər şey gendən gəlir. Rauf Vəliyevin o cür nəslin nümayəndəsi olması həm insanlarla münasibətdə, həm el-obasını sevməkdə, həm də xeyirxah işlərə can atmasında özünü büruzə verir. Təsadüfi deyil ki, qardaşları İbrahimxəlil (Allah rəhmət eləsin) və Akif müəllimin xeyriyyəçilik əməllərini Rauf müəllim bu gün şərəflə davam etdirir. Heç kimi naümid geri qaytarmayan, hamıya əlindən gələni etməyə çalışan Rauf müəllim hər nə qədər təvəzökarlığını qorusa da, elin gözü tərəzidir və insanlar bu el oğluna layiqli qiymətini verməyi bacarırlar. Təsadüfi deyil ki, onu “El-obasının Hacı Zeynalabdini” adlandıranlar da var.



5.    Rauf Vəliyevin hüquqşünaş və rəhbər kimi böyük təcrübəsi var


Rauf müəllim Bakı Şəhəri İcra Hakimiyyətində uzun müddət (14 il) işləməklə zəngin təcrübə qazanıb. Şöbə müdiri vəzifəsinə qədər yüksələn Rauf müəllimin hüquqşünaslığı, idarəçilik təcrübəsi ona el-obasını Milli Məclisdə uğurla təmsil etmək üçün böyük üstünlük qazandırır.



6.    Rauf Vəliyevin insani keyfiyyətləri çox yüksəkdir


Zəngin karyerası, geniş biznes fəaliyyəti olmasına baxmayaraq, Rauf müəllim daima sadəliyini, səmimiliyini qoruyub. Məhz bu xüsusiyyətinə görə də, o çox sevilir. Rauf müəllimin insanlara necə hörmətlə yanaşması, onları hər zaman səbrlə dinləməsi, mehriban rəftarı, gülərüz siması ona olan sevgini günü-gündən artırır.



Bir sözlə, sadə, səmimi, el-obasına çox bağlı olan, böyük idarəçilik təcrübəsinə malik, xeyirxah əməllər üçün can atan bir şəxsin millət vəkili seçilməsi həm Gədəbəyimizə, həm də Tovuzumuza olduqca faydalı olacaq inşallah!







Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır