Arxiv
30 Yanvar 2020, 11:40 | MEDİA
Qulu Məhərrəmli: “Qüsurlar televiziya və radioda saytlara nisbətən azdır”

Jurnalist cəmiyyətin əsas dil daşıyıcılarından biridir. Bu səbəbdən təkcə dili bilmək bu peşə sahibləri üçün kifayət deyil. Həm yazılı, həm də şifahi nitqin qorunmasında əsas rol oynayan jurnalistlər ədəbi dilin normalarına ciddi əməl etməli, cəmiyyətə nümunə olmalıdır. Bu səbəbdəndir ki, hər il istər çap, istərsə də elektron mediada monitorinqlər aparılır. Bəs, bu monitorinqlər müsbətə doğru dəyişkliklərə səbəb olurmu? Mediada hansı dil qaydaları pozulmağa davam edir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli tənqidlərin az da olsa, nəticə verdiyini deyir:

“Ümumiyyətlə, keçirilən monitorinqlər, edilən tənqidlərin müəyyən dərəcədə təsiri var. Deməzdim ki, köklü dəyişiklik var. Hər halda redaktorlar, televiziya aparıcıları, müxbirlər çalışırlar ki, dil qaydalarına əməl etsinlər. Amma bunu çoxtərkibli hesab etmək olmaz. Çünki monitorinq mövcud situasiyanı üzə çıxarır və yaranan situasiyanı bəlkə bir az formalaşdırır. Peşəkarlıq artmasa, jurnalistlər dil qaydalarını yaxşı bilməsə, belə hallar davamlı olacaq. Yəni, nöqsanları, dil qüsurlarını aradan qaldırmağın ən gözəl yolu peşəkarlıqdır. Çünki yaxşı jurnalist,  yaxşı yazan adam həm də əsas ifadə vasitəsi olan dili yaxşı bilməlidir. Dili bilməyəndə bu cür yalnışlıqlara yol verilir. Sözlər yerində işlənmir, ümumi qaydalar pozulur. Əlbəttə ki, monitorinqlər olmalıdır. Milli Televiziya və Radio Şurası da bunu edir, Dilçilik İnstitutu da buna kömək etməyə çalışır, başqa qurumlar da, məsələn qeyri-hökumət təşkilatları da yaxşı işləyirlər”.

 

Qulu Məhərrəmli mediada yol verilən əsas dil nöqsanlarından da danışıb:

“Mənə elə gəlir ki, indi ən ciddi dil qayda pozuntusu sözlərin yersiz işlədilməsi, söz sırasının, bir də məntiqi mənanın pozulmasıdır. Yəni, adamlar sözü işlədir, amma mənasının fərqinə varmır. Leksik layı yaxşı bilmirlər, bəzən uzlaşma qaydasına əməl olunmur. Məncə, həmin qüsurlar televiziya və radioda saytlara nisbətən azdır. Radio və televiziyalarda isə əsasən cümlələr uzun olur, uzlaşma pozulur, orfoepiya qaydalarına əməl olunmur, bir də məntiqi vurğular hiss olunmur. Mətnin çatdırılmasında məntiqi vurğu əsas rol oynayır. Bəzən mətni oxuyan aparıcı dəqiq bilmir ki, nəyi vurğulamaq lazımdır. Bu da ondan irəli gəlir ki, əvvəlcədən mətnin üzərində işləmirlər”.

 

O, son zamanlar xarici adların dilimizdə müxtəlif formalarda işlənməsinə də münasibət bildirib:

“Alınma sözlərin və xüsusi adların deyilişi və yazılışı həm yazılı, həm də elektron mediamızın problemlərindən biridir. Bununla bağlı vahid norma olmadığına görə hərə istədiyi şəkildə deyir. Əvvəllər televiziya və radiolarda mütəxəssislər olurdu. Onlar belə sözlərin həm deyilişini, həm yazılışını, həm də vurğusunu müəyyənləşdirirdilər. Bu sözlərlə bağlı konkret prinsiplər var, həmin prinsiplər gözlənilməlidir. Biz fransızcadan alınan sözdə vurğunu axırda deməyə çalışmalıyıq. Yaxud da alman dilində vurğu birinci hecaya düşür, bunu da nəzərə almaq lazımdır. Bunlar xüsusi hallardır və bunu efir adamları yadlarında saxlamalı və əməl etməlidirlər”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü 6 Aprel 2020, 01:28 Koronavirusa yoluxan Boris Conson xəstəxanaya yerləşdirildi 6 Aprel 2020, 00:59 "İctimai Qərargah ictimai sektorun  potensialını tam səfərbər edəcək" - Azay Quliyev 6 Aprel 2020, 00:51 Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ 6 Aprel 2020, 00:43 “Koronavirusa bir yoluxma 30, bəzən isə 60 insanı yoluxdurur”  - Ramin Bayramlı  6 Aprel 2020, 00:36 SMS müraciətlərinə cavab bu səbəbdən gecikir - RƏSMİ 6 Aprel 2020, 00:21 "Ölkənin internetə artan tələbatını təmin edəcəyik" - Elmir Vəlizadə 6 Aprel 2020, 00:04 Fransada 8078  nəfər koronavirusun qurbanı oldu 5 Aprel 2020, 23:46 Türkiyədəki azərbaycanlılarla bağlı son vəziyyət belədir – JURNALİST MƏHSƏTİ ŞƏRİFLƏ MÜSAHİBƏ 5 Aprel 2020, 23:29 Deputatdan çağırış: “Səbir edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun” - VİDEO 5 Aprel 2020, 23:05 Koronavirus dünyada  62 784 can aldı 5 Aprel 2020, 22:47 Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlandı 5 Aprel 2020, 22:33 Azərbaycanda daha 3080 nəfər koronavirusla bağlı test edildi - FOTO 5 Aprel 2020, 22:23 Ziyad Səmədzadə karantinə alınmayıb - Deputatın köməkçisi danışdı 5 Aprel 2020, 22:00 Ermənistanda 822 nəfər COVID-19-a yoluxdu 5 Aprel 2020, 21:46 Bu ölkədə virusa yoluxan azərbaycanlı sağaldı 5 Aprel 2020, 21:31 Türkiyədə koronovirusdan ölü sayı 574-ə çatdı 5 Aprel 2020, 21:14 UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!” - VİDEO 5 Aprel 2020, 21:10 İtaliyada koronavirusdan ölənlərin sayı 15 887 nəfərə çatdı 5 Aprel 2020, 20:58 Azərbaycanın bu rayonunda maskalar pulsuz paylanacaq 5 Aprel 2020, 20:44 Bu ölkədə bir sutkada 674 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 20:30 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 5 Aprel 2020, 20:27 Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10