Modern.az

İntihar, xəstəlik, bir-birini güllələmə - Düşmənin ötən ay Qarabağda verdiyi İTKİLƏR

İntihar, xəstəlik, bir-birini güllələmə - Düşmənin ötən ay Qarabağda verdiyi İTKİLƏR

2 Fevral 2020, 12:18

2020-ci ilin ilk ayı Azərbaytcanın işğal altındakı torpaqlarında Ermənistan Ordusu üçün ciddi itki və silahlı insidentlərlə yadda qalıb.

Belə ki, intizamsızlıq, daxili hərc-mərclik, hərbi hissələrdə mövcud olan “dedovşina”, korrupsiya faktları və ermənistanlı-qarabağlı düşmənçiliyi intihar, silahlı insidentlər və fərarilik hallarını kəskin artırıb.

 

Modern.az yanvar ayı ərzində Qarabağda düşçmən ordusunun sıralarında qeydə alınan və mətbuata açıqlanan faktları təqdim edir.

 

Yeni ilin ilk günü - yanvarın 1-də Ermənistan Ordusu Qarabağda ilk itkisini verdi. 19 yaşlı  əsgər Artyom Arturoviç Kazaryan xəstəlikdən keçindi.

 

Ermənistan ordusunun Qarabağda verdiyi növbəti itki yanvarın 21-nə təsadüf etdi. Rəsmi məlumata görə, hadisə cəbhənin şimal istiqamətində qeydə alınıb. Rəsmi məlumata görə müqavilə əsasında orduda xidmət edən Artur Nalbandyan (1980-ci il) bədbəxt hadisə nəticəsində ölüb. Sonradan onun müvazinətini itirərək dərəyə düşdüyü bildirildi.

 

Yanvarın 22-si səhər 6:55 radələrində hərbi hissələrdən birinin ərazisində qeydə alınıb.

Hadisə zamanı Henri-Hayk Zakaryan (2001-ci il) və Armen Mesropyan (2000-ci il) yaralanıb. Zakaryanın vəziyyətinin xüsusilə ağır olduğu vurğulanır. Livan ermənisi sayılan Zakaryanın Mesropyana atəş açdığı, bundan sonra özünü vurduğu aydınlaşmışdı.

 

28 yanvarda gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə düşmən ordusunda yeni insident qeydə alındı. Nver Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur.

 

Yanvarın 30-u saat 13:15 radələrində hərbi hissələrdən birində Vaqram Mkrtiçeviç Avakyannın (2000-ci il) cəsədi tapıldı. Araşdırmalar hərbçinin ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etdiyini müəyyən etdi.

 

Bu insidentlərlə paralel, yanvarın 6-da Ermənistan ərazisində yerləşən hərbi hissələrdən birində müqavilə əsasında xidmət keçən Qeqam Viktoroviç Xaçatryan pulemyotdan atəş açaraq özünü öldürüb.

 

Ümumilikdə, Ermənistan Ordusu yanvar ayı ərzində 4 hərbi qulluqçusunu itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər