Modern.az

Güclü küləklə bağlı xəbərdarlı edildi

Güclü küləklə bağlı xəbərdarlı edildi

Hadisə

Bu gün, 14:39

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, xəbərdarlığa əsasən, sabah gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi oktyabrın 3-ü səhərə qədər davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda isə 3.5-5.5 metrə çatacağı proqnozlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım