Modern.az

40 saylı Kəpəz ikinci seçki dairəsində qanun POZUNTUSU: Bu dəfə namizədlər tərəfindən - FOTOFAKT

40 saylı Kəpəz ikinci seçki dairəsində qanun POZUNTUSU: Bu dəfə namizədlər tərəfindən - FOTOFAKT

Hadisə

9 Fevral 2020, 11:07

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən olan namizəd Sitarə Zeynalova seçki məntəqələrinə daxil olaraq qanunu pozub.

 

Modern.az xəbər verir ki, 40 saylı dairədən namizəd olan Sitarə Zeynalova və oğlu Ramin Səfərov hüquqları olmadığı halda seçki dairəsinin 18-ci məntəqəsinə daxil olaraq müşahidəçiləri daha diqqətli olmağa çağırıb.

S.Zeynalova seçkinin keçirilməsinə nəzarət edən şəxslərə prosesdə saxtakarlığa yol verilməməsi ilə bağlı fikir bildirib. Namizəd həmçinin səs vermək üçün məntəqələrə daxil olan hər kəsin şəklinin çəkilib ona göndərilməsi ilə bağlı təlimat da verib.

Sitarə Zeynalovanın komandasından olan müşahidəçilər seçiciləri öz namizədlərinin xeyrinə səs verməyə təşviq edib.

 

Eyni seçki dairəsindən deputatlığa namizəd Mirhəsən Cabbarov da Seçki Məcəlləsinin qaydalarını pozaraq seçki məntəqəsində təbliğat aparıb.

 

Qeyd edək ki, namizədin seçki günü təbliğat-təşviqat aparması, seçki məntəqələrinə daxil olması qanun pozuntusudur. Modern.az ehtiyac yaranarsa, fotosübutlarla yanaşı, qanun pozuntusunun videogörüntülərini də təqdim etməyə hazırdır.

 

Əfsanə ŞƏRİF

Əzizə ZEYNAL

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı