Modern.az

Misir əhalisinin sayı 100 milyonu ötdü

Misir əhalisinin sayı 100 milyonu ötdü

Dünya

11 Fevral 2020, 18:49

Misirin İctimai Səfərbərlik və Statistika Agentliyinin məlumatına görə, bu ölkədə əhalinin sayı 100 milyon nəfəri ötüb. 

 

Modern.az “Egypttoday” portalına istinadla xəbər verir ki, agentliyin keçirdiyi mətbuat konfransında son illər əhalinin artım tempinin dünyada ən yüksək səviyyədə olduğu bildirilib.

 

Qeyd olunub ki, Misirdə son 150 il ərzində əhalinin sayı 91 milyon nəfərdən çox artıb. Belə ki, 1897-ci ildə bu ölkənin əhalisi cəmi 9,7 milyon nəfər olub. İndi isə təkcə Qahirə qubernatorluğu əhalisinin sayı (9,924 milyon nəfər) bundan çoxdur. Ona bitişik Giza vilayətinin əhalisi 9,75 milyon, Şərqiyyə isə 7,536 milyon nəfərdir.

Statistik məlumatlara xarici ölkələrdə yaşayan 13 milyon misirli daxil edilməyib.

BMT əhalinin siyahıyaalınması üçün Misir hökumətinə maliyyə yardımı ayırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı