Modern.az

Bakıda yeni mərkəzi rayon yaradılacaq - Eldar Əzizov

Bakıda yeni mərkəzi rayon yaradılacaq - Eldar Əzizov

12 Fevral 2020, 11:57

"Gündən-günə turistlərin sayı artır,  Bakı inkişaf edir. Ona görə, Bakıdakı tarixi binaların qorunması aktual məsələyə çevrilir".

 

Bunu Bakı Şəhər İcra başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları”adlı beynəlxalq konfransda Modern.az-ın əməkdaşının sualına cavab olaraq bildirib.

 

Bakı meri qeyd edib ki, prezidentin tapşırığı ilə Bakıda "Mərkəzi rayon"un yaradılması nəzərdə tutulur:


"Bu "Mərkəzi rayon" yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək. Bu binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq üçün əlverişli şərait yaradılır. Bu yaxınlarda artıq qərar veriləcək.


Paralel olaraq, Bakının mərkəzində abadlıq işləri aparılır, nəinki yeni binalar, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvələrində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən tarixi binaların bərpası həyata keçirilir. Bu proses göz qabağındadır. Mövcud olan bu cür problemlər mərkəzi rayonun yaradılması ilə aradan qalxacaq".

Sizə yeni x var
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı