Arxiv
12 Fevral 2020, 13:10 | TƏHSİL
10 manat ver, poliklinikada xəstə uşağa “sağlamdır” sənədi al - JURNALİSTİN GÖRDÜKLƏRİ

Baş pediatr: “Deyilənlərin heç bir əsası yoxdur”

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Məktəblərdə şagirdlərə tibbi xidmət pulsuzdur”

 

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması nəzərdə tutulur.

 

Dövlət Proqramının 2.2.4-cü bəndində göstərilib ki,uşaqların dispanserizasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması həyata keçirilməlidir.

 

Və təəssüf ki, qəbul edilən bu proqram da bir çox sənədlər kimi kağız üzərində çox cəlbedici görünür. Bu səbəbdəndir ki, orta məktəblərin bir çoxunda şagirdlərə verilən icbari dispanserizasiya vərəqi poliklinika həkimləri tərəfindən formal olaraq “sağlamdır” şəklində doldurulur.

 

Həkimlər poliklinikalara müraciət edən valideynlərə “5-10 manat” kimi baxırlar.

 

Bir neçə gün əvvəl 39 dərəcə hərarətlə evdə qoyub getdiyim uşaq barədə həkimə məlumat verməyimə baxmayaraq, “10 manat ver yazım verim” deməsi isə yalnız həkimliyin deyil, insanlığın dəfn olunmasına bərabər oldu. Valideyn olaraq, “sənin uşağının ağrıyan, şikayət edən yeri varmı?” deyə soruşan da olmadı.

 

Əksinə “2 uşaq üçün 20 manatdır, sən 15 manat ver, vərəqi yazım verim” deyə həkimlə 2 uşaq üçün “sağlamdır” arayışı üçün sonda 10 manata “razılaşdıq”.

 

İnanıram ki, yazını oxuyub “10 manat nə puldur?” deyənlər də olacaq. Amma söhbət indiki dövrdə böyük məbləğ sayılmayan 10 manatdan yox, həkimlərin uşaqların sağlamlığı ilə alver etməsindən gedir. Konkret ünvan soruşanlara isə ünvan olaraq bütün poliklinikaları göstərə bilərəm!

 

 

 

Amma nədənsə respublikanın baş pediatrı Nəsib Quliyev Modern.az-a deyilənlərin sanki başqa bir ölkədə baş verdiyini eşidirmiş kimi məsələyə öz prizmasından aydınlıq gətirib:

 

“Poliklinikadakı həkimlər 5-10 manatı hansı əsasla istəyə bilərlər ki? İcbari dispanserizasiya ilə bağlı vərəqə yazıldıqdan sonra poliklinikada qalmalıdır. Vərəqənin məktəbə təqdim olunması məsələsi artıq bir neçə ildir ki, dayandırılıb. İndi yoxlamalar Səhiyyə Nazirliyinin nəzarətilə məktəblərin özündə aparılır.

 

Uşaqlar əsgərlik yaşına- 9-11-ci sinifə çatanda poliklinikada müayinə edirlər. Aşağı siniflərin şagirdləri isə nazirlik tərəfindən məktəblərə briqada şəklində göndərilmiş həkimlər tərəfindən yoxlanılır. Valideynin poliklinikalara gəlməsi-getməsi söhbəti yoxdur. Mən özüm də məktəblərdə olmuşam. Poliklinikalardan məktəblərə təhkim olunmuş həkimlər briqada şəklində sinif-sinif uşaqları müayinə edir”.

 

Baş pediatra buna riayət edilmədiyini xatırlatdıqda, deyilənlərlə qəti şəildə razılaşmayıb:

 

“Uşaqların icbari dispanserizasiyası poliklinikalarda yox, orta məktəblərdə aparılır. Deyilənlərin heç bir əsası yoxdur”.

 

 

Məktəblərdə uşaqların icbari dispanserizasiyasının hansı şəkildə keçirilməsilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Modern.az-ın sorğusuna cavab olaraq aşağıdakıları bildiriblər:

 

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və digər bu kimi halların azaldılmasından ibarətdir”.

 

Rəsmi məlumata görə, “Təhsil haqqında” Qanuna əsasən, məktəblərdə şagirdlərə tibbi xidmət pulsuz göstərilir:

 

“Ümumi təhsil müəssisələrində tibb xidməti  Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir.

 

Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq tibb otağı ayrılıb. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir.

 

Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalarla sıx əlaqəli işləyir”.

 

Rəsmi məlumata nəzər yetirdikdə, orada orta məktəblərdəki tibb müəssisələrində icbari dispanzerizasiyanın həyata keçirilməsi üçün briqadalarla təchiz edilməsinin əks olunmadığı aydın görünür:

 

 “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib, pedaqoji kollektivə şagirdlərin səhhəti ilə bağlı məsələlərdə daha diqqətli olmaları tövsiyə edilib. Şagirdlər hər gün məktəbə daxil olarkən ümumi baxış keçirilir.

 

Vaxtaşırı olaraq, məktəblərdə tibbi-gigiyenik maarifləndirici görüşlər təşkil olunur, şagirdlər və valideynlərin məlumatlandırılması işləri yerinə yetirilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsraildə koronavirusa yoluxanların sayı 8 mini ötdü 5 Aprel 2020, 10:44 Bakıda çoxmərtəbəli yaşayış binası yanır 5 Aprel 2020, 10:40 Dağıstanda koronavirus nəzarətsiz mərhələyə keçdi  5 Aprel 2020, 10:35 Ermənistan Qazaxın kəndlərini atəşə tutub 5 Aprel 2020, 10:25 Rektor müəllim və tələbələrə müracitə etdi – AZƏRBAYCANDA 5 Aprel 2020, 10:15 Özbəkistanda xüsusi karantin rejimi elan edilib 5 Aprel 2020, 10:05 “Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 10:00 Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03