Arxiv
14 Fevral 2020, 09:30 | MƏDƏNİYYƏT
Sevgisi naminə saray ucaldan, taxtdan imtina edən, dinindən dönən hökmdarlar - VİDEO

“Sevgi nədir?” sualına hərə bir cür aydınlıq gətirməyə çalışıb. Elə buna görədir ki, məşhur şairlər şeirlərində, yazarlar romanlarında adətən bu sualın cavabını tapmağa çalışıb, ən çox baxılan filmlərin mövzusu da elə sevgi olub.

 

Müdrik Viktor Hüqo isə “İnsan sevginin nə olduğunu izah edə bilirsə, demək, o, heç vaxt sevməyib” deyir. Sevgi izahı mümkün olmayacaq qədər qarışıq hissdir. Bu səbəbdən onu göstərmək anlatmaqdan daha asandır. Klassik ədəbiyyatdan Leylisi üçün çöllərə düşən Məcnun, Şirin üçün dağları dələn Fərhad, Culyettasız yaşamağın mümkünsüzlüyünü anlayıb, intihar edən Romeo hamımıza tanışdır. Bəs, tarixdə necə, hansı sevgi rəmzləri var, sevgi üçün hansı fədakarlıqlar, jestlər edilib?

 

Ən məşhurları ilə başlayaq...

 

Qədimdə dünyanın 7 möcüzəsindən biri hesab olunan Babilin Asma Bağları ilk məhəbbət abidəsi kimi tarixin yaddaşına yazılıb.

 

Babil hökmdarı II Navuxodonosor bu bağları toz-torpaqlı Babildə öz vətəninin yamyaşıl təpələrinin, vadilərinin həsrətini çəkən sevimli arvadı Amitis üçün saldırıb.

 

Bir kişinin qadına olan sevgisinin rəmzinə çevrilən möhtəşəm Tac-Mahal

 

Şah Cahanın sevimli arvadı Mümtaz Mahal 14-cü uşağını dünyaya gətirərkən ölür. Bu hadisə şaha elə pis təsir edir ki, depressiyaya düşüb, özünə qapanır. Bir il sonra isə əbədi məhəbbətin rəmzinə çevrilən bu türbənin tikintisinə əmr verir.

 

İnşası 20 il davam edən Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə işçi gecə-gündüz çalışıb. Tikintisi baha başa gəldiyinə görə dövlət böyük maliyyə çətinlikləri yaşayıb.

 

Sevdiyi qadınla evlənmək üçün öz kilsəsini yaradan kral

 

İngiltərə kralı VIII Henri mərhum qardaşının vəsiyyətinə uyğun olaraq onun arvadı araqonlu Ketrinlə evlənir. Onun bu nikahdan 6 övladı olsa da, yalnız biri sağ qalır.

 

Anna Boleynə vurulan kral oğlan övladı bəhanəsi ilə Ketrindən boşanmaq qərarına gəlir. Bu istəyini katolik kilsəsinə bildirdikdən sonra Anna ona kiçik bir hədiyyə göndərir. Bu hədiyyə balaca qızıl gəmi və almazdan düzəldilmiş qadın idi. Gəmi müdafiə, almaz isə sevgi rəmzidir. Krala məktubunda isə Anna ona öz sevgisini söz vermiş və onun qanuni həyat yoldaşı olmağa razılığını bildirmişdi. Katolik kilsəsinin qaydasına görə boşanmaq haqda icazəni yalnız Papa verə bilərdi. Papa isə İspaniya ilə əlaqələri pozmaq istəmədiyinə görə onları boşamır.

 

Nəhayət, VIII Henri İngiltərənin Katolik kilsəsindən ayrıldığını və Anqlikan kilsəsinin qurulduğunu elan edir. Beləliklə, kilsə başçısı olan VIII Henri öz nigahını ləğv edir və 28 may 1533 tarixində Anna Boleynlə gizlicə evlənir.

 

Sevdiyi qadın üçün taxt-tacdan imtina edən kral

 

VIII Eduard və Uollis Simpson İngiltərədə ən çox müzakirə edilən cütlüklərdən biri olub. Atasının ölümündən sonra 1936-cı ilin yanvarında taxta oturan Eduard bu məsələdə çox istəksiz olub. Daha sonra Uollis Simpson adlı bir qadına aşiq olan kral onunla evlənmək istəyir. Ancaq qadının amerikalı və üstəlik boşanmaq üzrə olması bütün xalqın və kral ailəsinin narazılığına səbəb olur. Bütün bunlara baxmayaraq, sevgisindən vaz keçməyən Eduard “Tacınız sizin olsun” deyib, taxtdan imtina edir və həmin qadınla evlənir. “Sevdiyim qadının köməyi və dəstəyi olmadan kral vəzifələrini icra edə bilmərəm” deyən Eduard bizə bəzi qaydalara qarşı çıxaraq Meqan Marklla evlənən və təzəlikcə kral ailəsinə məxsus imtiyazlardan imtina edən Şahzadə Harrini xatırladır.

 

"Dünya durduqca bu bulaq də mənim kimi ağlasın" deyərək  “Göz yaşı” bulağını tikdirən xan

 

Krım xanı Gəray bu bulağı 1763-cü ildə çox sevdiyi və gənc yaşda ölən həyat yoldaşı Dilarə Bikeçin xatirəsinə ithafən Bağçasaraylı bir daş ustasına inşa etdirib. Bəzi mənbələrə görə isə Gəray xan hərəmində Mariya Potocka adında polyak əsilli gənc bir xanımı görən kimi aşiq olur. Xanım Krım xanının məhəbbətinə qarşılıq vermir və ölür. Gəray xan elə kədərlənir ki, məhəbbətini ifadə etmək üçün ən yaxşı heykəltəraşına daşdan ağlayan heykəl düzəltməsini əmr edir. Beləcə, şeirlərə mövzu, dillərə dastan olan Bağçasaray daş bulağı yaradılmış olur.

 

 

Əfsanə ŞƏRİF

Nəzrin ABDUL

Eybulla AĞADADAŞOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qondarma rejimin “müdafiə naziri” işdən azad olundu 24 Fevral 2020, 15:44 Daha bir ölkədə koronavirus AŞKARLANDI 24 Fevral 2020, 15:25 Şəhidin nəşi Zərdaba yola salınıb - YENİLƏNİB 24 Fevral 2020, 15:18 Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb - FOTO 24 Fevral 2020, 15:14 “Əsgərə salam” futzal turniri başa çatdı - FOTO 24 Fevral 2020, 15:07 Cəlilabadda koronavirusun yayılması xəbəri ilə bağlı - Rəsmi Açıqlama 24 Fevral 2020, 15:00 Naxçıvan Ali Məclisinə sədr seçildi 24 Fevral 2020, 14:53 İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA 24 Fevral 2020, 14:47 Xocalı qurbanları Daşkənddə anıldı 24 Fevral 2020, 14:40 İşdən çıxarılan 7 hakimin adı bəlli oldu - SİYAHI 24 Fevral 2020, 14:34 İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək 24 Fevral 2020, 14:28 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib 24 Fevral 2020, 14:22 Nazirlər Kabinetinin saytının adı dəyişdi 24 Fevral 2020, 14:15 Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14 Qaz xətlərində 42 min qanunsuz qoşulma aşkarlandı 24 Fevral 2020, 13:10 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ 24 Fevral 2020, 13:05 Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25