Modern.az

Qənirə Paşayeva Milli Məclisin sədri olacaq?  - Özü AÇIQLADI

Qənirə Paşayeva Milli Məclisin sədri olacaq?  - Özü AÇIQLADI

14 Fevral 2020, 14:42

Bəzi mətbuat səhifələrində 105 saylı Tovuz seçki dairəsindən qalib olan Qənirə Paşayevanın formalaşacaq yeni parlamentdə Milli Məclisin sədri olacağı barədə məlumatlar yer almaqdadır.

 

Modern.az xəbər verir ki, Qənirə Paşayeva haqqında yayılan xəbərlərə münasibət bildirib.

 

O, məlumatların heç bir əsasının olmadığını deyib:

 

“Sosial mediada, bəzi media orqanlarında mənim Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır. Mən isə bitərəfəm”.

 

Qənirə Paşayeva yeni Milli Məclisin tərkibinin Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacağını da söyləyib:

 

“Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı