Arxiv
14 Fevral 2020, 19:37 | AKTUAL
Sahil Babayev Azərbaycan-Macarıstan birgə komissiyasının iclasına qatıldı

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın 7-ci iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

İclasdan əvvəl S.Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto arasında ikitərəfli görüş olub, ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Komissiyanın 7-ci iclasında Azərbaycan-Macarıstan əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayan S.Babayev iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində mühüm addım olduğunu qeyd edib. Bildirib ki, xüsusilə də Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini əks etdirən müddəaların yer alması Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığın daha bir göstəricisidir.

 

Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafı təmin etdiyini vurğulayan S.Babayev, eyni zamanda, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu, xarici ölkələrlə qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq əlaqələrini daim genişləndirdiyini diqqətə çatdırıb.  

 

Nazir Macarıstanla da ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin hüquqi bazasının formalaşdıraraq genişlənməsinə zəmin yaratdığını deyib. O, xüsusilə enerji sahəsində Macarıstanla fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əməkdaşlığın davam etdirilməsinin, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılmasının  əhəmiyyətini qeyd edib.

 

İqtisadi əməkdaşlıqda ticarət əlaqələrinin önəmindən bəhs edən S.Babayev 2019-cu ildə Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcminin 35,70 mln. ABŞ dolları təşkil etdiyini bildirib. Ticarət əlaqələrinin inkişafı məqsədilə aparılan işləri, həmçinin ölkəmizin ixrac missiyasının Macarıstana səfərinin, Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsinin və s. mühüm rolunu diqqətə çatdırıb. O, ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə Macarıstan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlıq üçün mövcud olan potensialın əlaqələrin daha geniş miqyasda və daim yüksələn xətt üzrə inkişafına imkan yaratdığını bildirib. 

 

P.Siyyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O, iqtisadi sahədə əməkdaşlıq istiqamətləri üzrə əldə olunan təcrübəni qeyd edib. Birgə səylər nəticəsində bu əlaqələrin ildən-ilə genişlənəcəyinə, əməkdaşlıqda yeni müsbət nəticələrin olacağına əminliyini ifadə edib.

 

İclasda enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialının araşdırılması, ticarət və investisiya, qeyri-neft mallarının ixracı məsələləri müzakirə olunub. Macarıstan şirkətlərinin Azərbaycanın sənaye parklarında, eləcə də aqroparklarında, startapların Macarıstan və Azərbaycanda keçirilən sərgi, konfrans və forumlarda iştirak imkanları, Macarıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması, iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin genişləndirilməsi və s. məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

 

Təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də ikili diplom proqramlarının hazırlanması və tətbiqi, müəllim və tələbə mübadiləsinin, ali təhsil müəssisələri arasında ortaq araşdırmaların təşviqi və s. məsələlər nəzərdən keçirilib. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, bu sahələrdə idxal və ixracın mövcud potensiala uyğun artırılması, səhiyyə, mədəniyyət, nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Azərbaycanın turizm imkanları haqqında Macarıstanda məlumatlılığın artırılmasının, məlumat turlarının təşkilinin, turizm sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün önəmi qeyd edilib. Əmək bazarının tənzimlənməsi, məşğulluğa dəstək proqramlarının hazırlanması, sosial xidmətlərin göstərilməsi, tibbi-sosial  reabilitasiya, gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

 

Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirakı ilə aparılan müzakirələrin yekununda həmsədrlər tərəfindən Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb. Sənəddə  iki ölkənin qeyd edilən sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ifadə olunur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
87 məntəqə seçki komissiyası buraxılıb 25 Fevral 2020, 20:01 Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb 25 Fevral 2020, 19:40 Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı 25 Fevral 2020, 19:32 İlham Əliyev Ərdoğanın şərəfinə şam yeməyi verdi - FOTO 25 Fevral 2020, 19:23 Erkin Qədirlinin şikayəti təmin olunmadı 25 Fevral 2020, 19:20 MSK daha 10 məntəqədə seçkilərin nəticələrini ləğv edib 25 Fevral 2020, 19:14 Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42 Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi 25 Fevral 2020, 17:37 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 25 Fevral 2020, 17:33 Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi 25 Fevral 2020, 17:32 İlk Novruz hədiyyəniz Azercell-dən olsun! 25 Fevral 2020, 17:29 Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ 25 Fevral 2020, 17:27 MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI 25 Fevral 2020, 17:21 İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı 25 Fevral 2020, 17:18 Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 17:06 MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı 25 Fevral 2020, 17:00 Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb 25 Fevral 2020, 17:00 Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO 25 Fevral 2020, 16:56 Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi 25 Fevral 2020, 16:54