Arxiv
14 Fevral 2020, 21:09 | AKTUAL
"TAP layihəsi bu ilin sonunda tamamlanacaq" - İlham Əliyev

"Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir". 

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada  çıxışında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu ayın sonunda  Azərbaycan görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcək: "Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.

Bu arada, Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.

Bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan qazı onların istehlakının təxminən 40 faizini təşkil edir. Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək.

Biz “OPEC+”un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq.

Son olaraq bərpaolunan enerji ilə bağlı. Azərbaycanda da buna böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin. Bu məsələni diqqətə çatdırmaq üçün yaratdığınız imkana görə təşəkkür edirəm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tərtərdə 30 yaşlı kişi dəm qazından zəhərləndi 25 Fevral 2020, 19:10 İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının VİDEOÇARXI 25 Fevral 2020, 19:03 Siyasilərin koronovirus məsləhəti: Digər xəstəliklər koronovirusdan çox adam öldürür - QORXMAYIN 25 Fevral 2020, 18:57 Cənubi Koreyada Xocalı üçün milli petisiyası yaradıldı 25 Fevral 2020, 18:42 İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib 25 Fevral 2020, 18:36 Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat önünə çıxdı - FOTOLAR 25 Fevral 2020, 18:26 Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42 Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi 25 Fevral 2020, 17:37 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 25 Fevral 2020, 17:33 Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi 25 Fevral 2020, 17:32 İlk Novruz hədiyyəniz Azercell-dən olsun! 25 Fevral 2020, 17:29 Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ 25 Fevral 2020, 17:27 MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI 25 Fevral 2020, 17:21 İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı 25 Fevral 2020, 17:18 Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 17:06 MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı 25 Fevral 2020, 17:00 Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb 25 Fevral 2020, 17:00 Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO 25 Fevral 2020, 16:56 Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi 25 Fevral 2020, 16:54 MSK bu gün parlament seçkilərinin nəticələrini təsdiq EDƏCƏK 25 Fevral 2020, 16:44 Koronaviruas daha bir ölkədə TAPILDI 25 Fevral 2020, 16:42 İranda yenə zəlzələ oldu 25 Fevral 2020, 16:38 “Dünən şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm” - Ərdoğan 25 Fevral 2020, 16:30 Baş həkim işdən ÇIXARILDI 25 Fevral 2020, 16:22 Türkiyə parlamentindən Xocalı faciəsi ilə bağlı ÇAĞIRIŞ 25 Fevral 2020, 16:14