Modern.az

28 yaşlı oğlan başından bıçaqlandı

28 yaşlı oğlan başından bıçaqlandı

Aktual

14 Fevral 2020, 23:43

31 yaşlı kişi həmkəndlisini başından bıçaqlayıb.

Modern.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Zaqatalanın Qandax kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 28 yaşlı Fərid Süleymanovu başından bıçaqlayıb.


Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır