Modern.az

Bu gün şəhid olan Seymurun FOTOSU

Bu gün şəhid olan Seymurun FOTOSU

15 Fevral 2020, 23:24

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub və düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Modern.az  "Qafqazinfo"ya istinadən  xəbər verir ki,  Seymur Ələsgərov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub.

Rütbəsi gizir olan 1990-cı il təvəllüdlü şəhidimiz Gəncə şəhəri, Kəpəz rayon sakini imiş. Seymur Ələsgərovun hər iki valideyni vəfat edib. Şəhidin cənəzası sabah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir