Modern.az

Şəhid Seymur Ələsgərov dəfn edildi - FOTOLAR

Şəhid Seymur Ələsgərov dəfn edildi - FOTOLAR

16 Fevral 2020, 11:34

Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində fevralın 15-də şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Ələsgərovla vida mərasimi başlayıb.

 

Modern.az-ın məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin əsgər yoldaşları və şəhər ictimaiyyəti iştirak edir.

 

*****

 

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərovun Gəncə şəhərində dəfn mərasimi keçirilir.

 

Modern.az-ın məlumatına görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfin mərasimi keçirilir. Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edirlər.

 

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

 

Şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir