Modern.az

Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO

Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO

16 Fevral 2020, 20:57

Azərbaycanın Moldovadakı  Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Kongresinin təşkilatçılığı ilə Kişinevun Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədi” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın I Forumu keçirilib.


Modern.az   xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədir” şuarı ilə böyük banner quraşdırılıb, iştirakçılara ölkəmizin inkişafı barədə çarxlar nümayiş etdirilib.


Forum Moldova Respublikasının bütün bölqələrində yaşayan gənclərimizi bir araya gətirmək, onların yeni təklifləri ətrafında fikir mübadiləsi aparmaq, gənclərin problemləri ilə yaxından tanış olmaq, bununla yanaşıistedadlı və bacarıqlı gənclərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında yer tutmaları üçün dəstək vermək məqsədi ilə təşkil olunub.


Forumda Moldova Respublikasının Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət Katibi İvan Georgiu, Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəriRuslan Guliyev, Səfirliyin əməkdaşları, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvləri, ictimai xadimlər və KİV nümayəndələriiştirak ediblər.


Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin azərbaycan gəncləri ilə bağlı söylədikləri sözləri əks etdirən video çarx nümayiş olunmuş, sonra Azərbaycan və Moldovanın himnləri səsləndirilib.


Tədbiri açan Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidov, qonaqları salamlayaraq iştirakçılara forumun məqsədindən danışıb, gənclərimizi  diasporanın 30 il öncə yaradılmasının əsasında duran soydaşlarımızın məsləhətlərindən və köməklərindən faydalanmağa çağırıb.


Moldova Respublikasının Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət Katibi İvan Georgiu çıxışında ilk dəfə forumun təşkil edilməsi münasibətilə gənc soydaşlarımızıtəbrik etmiş, “Güc Birlikdədir” şuarının artıq bütün forumun məqsədini açıq göstərdiyini və belə bir forumun tərifəlayiq olduğunu qeyd edib.

O, gənclərimizi nazirlik ilə çalışmağa çağırmış, öz tərəflərindən müvafiq dəstək verəcəklərini söyləyib.   


Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa çıxışında çoxsaylı gənclərimizin ilk dəfə bir araya toplanmasını onda qürur hissini oyatdığını, belə bir forumun ilk dəfə təşkil edilməsi üçün Səfirliyə dərin təşəkkürünü bildirib.

N.Reditse Agentliyin qapilarının gənclərimizə daim açıq olduğunu, gənclərimizi fəaliyyətlərində agentliyin resuslarından istifadə etməyi çağırıb. Həmçinin o, Azərbaycan Respublikasının Prezidentinin və Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan soydaşlarımıza göstərilən qayğı və diqqəti Moldova üçün gözəl nümunə olduğunu vurğulayıb.


Daha sonra forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəri Ruslan Quliyev Komitənin sədri Fuad Muradovun tədbir iştirakçılarına xoş sözlərini çatdırıb.

O, komitənin həyata keçirdiyi layihələr barədə söz açaraq, gənc soydaşlarımıza Komitənin nəzdində yardım fondunun fəaliyyətibarədə məlumat verib.

R.Quliyev gənclərin marağlı layihələrini Fond tərəfindən maliyyəşdirilməsi üçün fəal olmağa çağırıb.


Səfir Q.Osmanov çıxışında Ulu öndər Heydər Əliyevinxaricdə yaşayan soydaşlarımıza hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, bu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirdiyini bildirib.


Səfir Prezident İlham Əliyevin Moldova Prezidenti ilə dəfələrlə görüşlərində soydaşlarımızın məsələlərini gündəmdə saxladığını xüsusi vurğulayıb.

Q.Osmanov gənclərimizi yerləşdiyi ölkənin dilini və mədəniyyətini öyrənməklə yanaşı, öz ana dilini, köklərini unutmamağı, milli ruhun qorunmasına çağırıb.

O gənc soydaşlarımızı bir arada toplandıqları üçün məmnun olduğunu, çoxsaylı gənclərimizin iradəli, savadlı və bacarıqlı olmalarından fəxr etdiyini bildirib.


Moldova Azərbaycanlılar Konqresinin gənc üzvü Zamir Qubadov 2020-ci ilin 1-2 fevral tarixində  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Vyanada təşkil edilmiş Azərbaycanlı Gənclər Forumunda iştirakı və təsuratları barədə tədbir iştirakçıları ilə bölüşüb.


Digər bir gənc,Moldova Azərbaycanlılar Kongresi Şurasının üzvüRuslan İsmayılov Moldova Azərbaycanlılar Konqresinin daha da güclü və bir yumuruq kimi birləşməsi üçün, gənclərimizin gələcəkdə Moldovanın bütün strukturlarında təqdim olunması məqsədilə icmada güclü və müdrük liderin olmasının vacibliyini vurğulayaraq, Konqresdə liderliyi Forumun qərarı olaraq Moldovada tanınmış və nüfuzlu soydaşımız, hər zaman icmaya dəstək olan Firuz İsayevə həvalə etməyi irəli sürüb.

Forum iştirakçıları bir səslə bu təklifi dəstəkləyərək, Moldova Azərbaycan Konqresinə rəhbərliyi Firuz İsayevə həvalə etmək qərarını qəbul ediblər.


Sonda gənclərin yeni ideyaları, fikirləri və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır