Modern.az

Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək

Türkiyə və Rusiya diplomatları danışıqlara sabah davam edəcək

Dünya

17 Fevral 2020, 23:26

Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi heyət Moskvada Rusiyalı diplomatik heyətlə görüşüb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlarda əsas mövzu yenə İdlib olub.

Suriyada baş verən son durumlar, bölgədə gərginliyin azaldılması və insan itkilərinin qarşısının alınması üçün Türkiyə tərəf təcili addımların atılmasının vacibliyini vurğulayıb. İdlib mövzusunda əldə olunan Soçi memorandumuna tam olaraq əməl edilməsi, baş verəcək qanun pozuntularının qarşısının alınması da müzakirə edilib.

Danışıqlar sabah davam edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır