Arxiv
18 Fevral 2020, 12:04 | QARABAĞ
Qarabağda erməni əsgərlər kütləvi şəkildə intihar edir - FAKTLAR

Dağlıq Qarabağda son aylarda əsgər ölümlərinin kəskin artımı qondarma rejim rəhbərliyini ciddi narahat edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin “müdafiə naziri” Karen Abramyanın istefaya göndəriləcəyi və onun yerinə “Baş Qərargah rəisi” Cəlal Arutunyanın gətiriləcəyi iddia olunur.

Bundan başqa, “Hərbi Polisin rəisi” Artur Baqdasaryanın da istefası gözlənilir. Yanvarın 1-dən Qarabağda 10 erməni hərbçisi ölüb. Onların 6-sı özünə qəsd edib.

 

2020-ci ilin yanvarından bəri düşmən ordusunda intihar edən hərbçilərin siyahısını təqdim edirik. 

Fevralın 15-də Qarabağda əsgər Ayk Asryan (1997-ci il) ölü tapılıb. Onun intihar etdiyi vurğulanıb. Faktla əlqaədar cinayət işi açılıb.

 

Fevralın 12-də döyüş postlarının birində əsgər Tiqran Manvelyan (2000-ci il) cəsədi tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində ölməsi müəyyən olunub.

Bununla yanaşı, digər hərbi hissədə Tiqran Mxoyan (2000-ci il) adlı əsgər ölü aşkar olunub. Onların hər ikisinin intihar etdiyi müəyyən olunub.

 

Fevralın 9-da 2001-ci il təvəllüdlü əsgər Valeriy Nelsonoviç Petrosyan təmas xəttinin cənub istiqamətində ölü tapılıb. Onun odlu silahdan atəş açaraq intihar etdiyi bildirilir.

 

Yanvarın 30-da Qarabağda döyüş mövqelərindən birində cəsədi tapılan Vaqram Mkrtıçeviç Avakyanın (2000-ci il) intihar etdiyi bildirilir. Əsgərin intiharı ilə bağlı 3 əsgər yoldaşı – David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyan saxlanılıb.

 

28 yanvarda gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə düşmən ordusunda yeni insident qeydə alındı. Nver Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur.

 

Yanvarın 22-si səhər 6:55 radələrində hərbi hissələrdən birinin ərazisində qeydə alınmışdı.

Hadisə zamanı Henri-Hayk Zakaryan (2001-ci il) və Armen Mesropyan (2000-ci il) güllə yarası alıb. Zakaryanın vəziyyətinin xüsusilə ağır olduğu vurğulanır. Livan ermənisi sayılan Zakaryanın Mesropyana atəş açdığı, bundan sonra özünü vurduğu aydınlaşmışdı.

 

Bu insidentlərlə paralel, yanvarın 6-da Ermənistan ərazisində yerləşən hərbi hissələrdən birində müqavilə əsasında xidmət keçən Qeqam Viktoroviç Xaçatryan pulemyotdan atəş açaraq özünü öldürüb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pandemiyadan zərər çəkən sektorlar müəyyənləşdirilib - 12 sahəyə dəstək veriləcək 31 mart 2020, 10:03 İlham Əliyevdən soyqırımı paylaşımı 31 mart 2020, 09:59 ABŞ-da koronavirusdan ilk hərbçi öldü 31 mart 2020, 09:53 Qazaxda olan son vəziyyətlə bağlı deputatdan AÇIQLAMA 31 mart 2020, 09:48 Lerikli sahibkardan örnək addım - Rayonda karantində olanlar üçün inək kəsdi 31 mart 2020, 09:42 “Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili 31 mart 2020, 09:36 Dollar və manatın bugünkü məzənnəsi 31 mart 2020, 09:30 Ermənilərin Qafqazda törətdikləri qırğın və talanlar 31 mart 2020, 09:24 Cəbhədə gərginlik səngimir: atəşkəs 22 dəfə pozulub 31 mart 2020, 09:17 100 yaşlı Nənəxanım nənə: “Camaatı yığdılar məscidə, od vurub yandırdılar” - Zəngəzur HADİSƏLƏRİ 31 mart 2020, 09:11 ABŞ koronavirusa təslim olur - Bir gündə 20 min yoluxma, 600-ə yaxın ölüm 31 mart 2020, 09:04 Dünənki təxribat zamanı Ermənistanın iki hərbçisi yaralanıb 31 mart 2020, 08:39 Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist: “Amerikalılar azərbaycanlılardan fərqli olaraq qaydalara əməl edir” - MÜSAHİBƏ 31 mart 2020, 08:16 Koronavirusla bağlı SON STATİSTİKA - 200-cü ölkə, 784 min yoluxma, 37 min ölüm 31 mart 2020, 04:10 Merkel koronavirusa görə üçüncü dəfə test verdi 31 mart 2020, 00:53 ABŞ-da 153 min insan koronavirusa yoluxdu 31 mart 2020, 00:43 Bu gündən Azərbaycanda küçəyə çıxmaq MƏHDUDLAŞDIRILIR 31 mart 2020, 00:31 Mehriban Əliyevadan soyqırımı paylaşımı 31 mart 2020, 00:21 İranda koronavirusa qarşı dərman hazırlandı 31 mart 2020, 00:09 31 mart Soyqırımı - 1 milyonadək azərbaycanlı məhv edilib 31 mart 2020, 00:00 27 polis koronavirusa yoluxdu 30 mart 2020, 23:56 Mübariz Mənsimov  “ölüm aclığı”nı dayandırdı 30 mart 2020, 23:37 Koronavirus daha bir ölkəyə yayıldı 30 mart 2020, 23:21 Habil Əliyevin qızı koronavirusa YOLUXUB:Hazırda sistem altındayam 30 mart 2020, 23:12 Ərdoğan koronavirusla mübarizə kampaniyasına başladı: 7 aylıq maaşını bağışladı 30 mart 2020, 23:04 “QHT-lər Şuranın çağrışına hamılıqla dəstək verdi” – Fərasət Qurbanov 30 mart 2020, 22:52 Gürcüstanda koronavirusa 103  nəfər yoluxdu 30 mart 2020, 22:35 “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir” - İbrahim Məmmədov 30 mart 2020, 22:18 Cəbhədə erməni təxribatının növbəti dəfə qarşısı alınıb - DSX 30 mart 2020, 22:04 İtaliyada koronavirusdan daha 812 insan öldü 30 mart 2020, 21:51 Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu 30 mart 2020, 21:33 Nazir koronavirusa görə maliyyə yardımının şərtlərini AÇIQLADI 30 mart 2020, 21:23 KİV  xüsusi karantin rejimində də işləyəcək 30 mart 2020, 21:06 "İmkansız vətəndaşlar dövlətin himayəsindədir" - İbrahim Məmmədov  30 mart 2020, 20:51 Trampla Putin koronavirusu müzakirə etdi 30 mart 2020, 20:43