Arxiv
18 Fevral 2020, 12:44 | AKTUAL
FHN rəsmisi yanğınlara görə “Sədərək”in rəhbərini İTTİHAM ETDİ  

““Sədərək” Ticarət Mərkəzində baş verən yanğının genişlənməsinə səbəb mağazalar arasında arakəsmələrin olmamasıdır”.

 

Bunu Modern.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi Elnur Babayev bildirib.

 

“İri obyektlərdə avtomatik siqnalizasiya sistemi quraşdırılmalıdır”

 

E.Babayev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin prosedur qaydalarına uyğun olaraq layihə sənədlərinin razılaşdırılması vacibdir:

 

“Eləcə də obyektin tikintisi başa çatdırıldıqdan sonra onun razılaşdırılmış formada tikildiyini təsdiq etmək üçün əraziyə baxış keçirilir və obyektin yanğın təhlükəsizliyinə davamlılığına dair akt tərtib edilir. Yanğına qarşı tələblər icra olunduğu təqdirdə sənəd müraciət edənə təqdim olunur.

 

Bugünkü yanğın hadisəsinin başlıca səbəbləri təhqiqatlardan sonra bəlli olacaq və hüquqi qiymət veriləcək.

 

Amma təcrübə göstərir ki, bu cür yanğın hadisələrinin əsas səbəbi elektrik qurğularının düzgün quraşdırılmaması, avtomatik yanğınxəbərverici siqnalizasiyanın tələb olunan bütün sahələri əhatə etməməsi, eləcə də siqnalizasiya qurğusunun avtomatik rejimdə çalışmamasıdır. Siqnalizasiyanın nazirliyin “112” xidmətini təmin edən Mərkəzi Monitorinq Xidmətinə qoşulması, eləcə də belə iri ticarət mərkəzlərində avomatik yanğınsöndürmə qurğularının quraşdırılması zəruridir.

 

Bu imkan verir ki, yanğın baş verən hissədə, istiliyin təsirindən avtomatik olaraq yanğınsöndürmə qurğusunun açarının dağılması nəticəsində  şırnaq vasitəsilə suyun səpələnməsi insan müdaxiləsi olmadan həyata keçirilsin. Bu qurğuların quraşdırılması normativ sənədlərdə öz əksini tapıb. Həmçinin satış mallarının təyinatına görə qruplaşdırılmaması, malların təxliyə yoluna yığılması ilə məhdudlaşdırılması, yanğının baş verəndən sonra söndürülməsinə, insanların təxliyəsinə maneədir. Şükürlər olsun ki, bugünkü hadisə səhər saatlarında baş verdiyindən insan tələfatı olmadı. Bu cür hallarda insan panikaya düşə bilir. Hadisənin tezdən qeydə alınması və insan sayının az olması, böyük tələfatı önlədi.  Yanğınsöndürənlərimizin çevik müdaxiləsi və şücaəti sayəsində yağının daha geniş əraziyə yayılmasının qarşısı alındı və qısa müddətdə söndürüldü”.

 

 

“Ticarət Mərkəzinin yanğın xidmətinin fəaliyyəti yartmazdır”

 

FHN rəsmisinin sözlərinə görə. Ticarət mərkəzinə məxsus yanğınsöndürə xidmətinin fəaliyyəti yarıtmaz səviyyədədir:

 

““Sədərək” Ticarət Mərkəzinə məxsus Yanğından Mühafizə Hissəsi var ki, onlar da 2 yanğınsödnürmə maşını ilə təchiz edilib. Bu yanğın bir daha göstərdi ki, həmin idarənin əməkdaşları qeyri-peşəkardırlar. Yanğın baş verdiyi an onların əməkdaşları müdaxilə etməli idilər. Qeyd edim ki, həmin idarənin FHN-lə əlaqəsi yoxdur”.

 

“Sədərək rəhbərliyi xəbərdarlığa məhəl qoymayıb”

 

 

E.Babayev qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə “Sədərək” Ticarət Mərkəzinə xəbərdarlıq olunub:

 

“2019-cu il ərzində bir neçə məktubumuz göndərilib. Hətta ticarət mərkəzində Dövlət Yanğından Mühafizə Xidmətinin  Dövlət Yanğın Nəzarəti Xidmətilə birgə şərti yanğın təlimi də keçirilib. Mövcud nöqsanlar barədə aktlar tərtib olunaraq, yenidən rəsmi məktubla obyektin rəhbərliyinə müraciət edilib. Amma görünən odur ki, mövcud yanğınla bağlı dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, müsbətə doğru dəyişiklik qeydə alınmayıb. Eləcə də belə iri ticarət mərkəzlərində vacib və normativ sənədlərin tələbi olan odur ki, tikinti zamanı bina yanğına qarşı sədlərə bölünməlidir. Mağazalar bir-birindən arakəsmə sədlərlə, divarlarla ayrılmalıdır. Təəssüf ki, mağazaların böyük əksəriyyətinin divarları bitişikdir. Bu da yanğının tez bir zamanda yayılmasına təkan verir. Vacib olanı mağazalar yanğına qarşı arakəsmə divarla ayrılmalıdır ki, digər hissəyə keçməsin. Sədlər olduğu halda, 3 saat ərzində yanğının digər ərazilərə keçməsinin qarşısı alına bilər. Amma təəssüf ki, dəfələrlə edilən xəbərdalığa baxmayaraq, “Sədərək” Ticarət Mərkəzində müvafq tədbirlər həyata keçirilməyib”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50