Modern.az

Çində koronavirusdan ölənlərin sayı 2004-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 2004-ə çatıb

19 Fevral 2020, 08:12

Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 74 185 nəfərə çatıb.

 

Modern.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yoluxanlardan 2004 nəfər ölüb, 14 376 nəfəri isə sağalıb.

 

Bildirilir ki, hazırda xəstə olan 57 805 nəfərdən 11 977 nəfərinin vəziyyəti ağırdır.

 

Ötən sutka ərzində ölkə üzrə 1749 təsdiqlənmiş yoluxma halı, 136 ölüm halı qeydə alınıb, 1824 nəfər isə sağalaraq evə buraxılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir