Modern.az

"Brent" markalı neftin qiyməti 58 dolları ötüb

Aktual

19 Fevral 2020, 08:56

"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında fevralın 19-ü saat 07:05 (GMT+4) üçün 0,5 faiz artaraq 58,05 dollar/barel təşkil edib.

 

Modern.az Rusiya KIV-nə istinadən verdiyi məlumata görə, son dəfə "Brent" markalı neftin bir barrelinin qiyməti 58 dolları yanvarın 31-i keçib.

Bildirilir ki, saat 07:11 sessiyasında isə "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti bir qədərdə artaraq 58,22 dollar/barrel təşkil edib.

 

"WTI" markalı neftin də qiyməti artıb. Saat 07:11 üçün onun qiyməti 0,7 faiz artaraq 52,64 dollar/barrel təşkil edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!