Modern.az

Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu

Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu

19 Fevral 2020, 16:22

30 saylı Suraxanı birinci seçki dairəsi üzrə Milli Məclisə keçirilən seçki nəticələrinin ləğv edilməsi ilə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında həmikn dairə üzrə şikayətlər haqqında MSK üzvü İlham Məmmədov məlumat verib. O bildirib ki, həmin dairədən namizəd Simnarə Rəfullayeva dairənin 12,14, 16, 18 saylı məntəqələrində pozuntuların olduğunu iddia edib. MSK üzvü araşdırmaların nəticəsində bir neçə məntəqə üzrə seçki nəticələrinikn ləğv olunmasını təklif edib. MSK ekspert qrupunun rəyi ilə namizədin şikayəti qismən təmin olunub.

 

30 saylı seçki dairəsi üzrə şikayət etmiş namizədin iclasda təqdim etdiyi video materiallar əsasında həmin 4 məntəqədən əlavə 1 saylı məntəqədə də nəticələr ləğv edildi

 

Qeyd edək ki, 30 saylı seçki dairəsindən qalib namizəd Sevinc Fətəliyevadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...