Arxiv
19 Fevral 2020, 18:46 | AKTUAL
Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

 

Modern.az xəbər verir ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

 

Ombudsman başçəkmədən öncə istintaq təcridxanasında saxlanılan şəxslərin həmin gün orada olan ailə üzvləri, yaxınları ilə də görüşüb, müraciətlərini dinləyib.

 

Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən  Süleymanov İlkin İbrahim oğlu istintaq təcridxanasında saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri ilə əlaqədar Ombudsman tərəfindən konfidensial qaydada qəbul olunub və dinlənilib.

 

Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış müraciətləri qəbul olunub, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

 

Yekunda Ombudsman tərəfindən müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.

 

Qeyd edək ki, ombudsmanın baş çəkdiyi İlkin Süleymanov Tovuzda 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunur.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİ 6 Aprel 2020, 16:11 Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA - YENİLƏNİB 6 Aprel 2020, 16:09 Putin Paşinyanla qazın qiymətini müzakirə edib 6 Aprel 2020, 16:04 Pensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsiz 6 Aprel 2020, 15:58 Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 6 Aprel 2020, 15:52 Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI 6 Aprel 2020, 15:48 Bakıda saxta icazə arayışını 20 manata satan şəxs tutuldu 6 Aprel 2020, 15:44 Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı, 12 nəfər sağaldı 6 Aprel 2020, 15:32 "Dərs vaxtı"nın 7 aprel cədvəli 6 Aprel 2020, 15:24 Bu ölkədə pandemiya qurbanlarının sayı 13 mini ötdü 6 Aprel 2020, 15:22 Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər 6 Aprel 2020, 15:16 Gənclər “Tələbə baharı”na dəvət olunur 6 Aprel 2020, 15:11 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu 6 Aprel 2020, 15:03 Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI 6 Aprel 2020, 15:03 Həcc ziyarəti ləğv olunmaya bilər 6 Aprel 2020, 15:01 Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi 6 Aprel 2020, 14:59 Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20