Modern.az

Azərbaycan hərbçisinin nəşi neytral ərazidən götürülüb - FOTO

Azərbaycan hərbçisinin nəşi neytral ərazidən götürülüb - FOTO

Aktual

20 Fevral 2020, 10:38

Bir müddət əvvəl itkin düşmüş Azərbaycan əsgərinin nəşini neytral ərazidən götürülüb.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin nəşini Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!