Modern.az

28 saylı dairədə şikayətlər təmin olunmadı

28 saylı dairədə şikayətlər təmin olunmadı

21 Fevral 2020, 17:45

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsindən daxil olan şikayətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib. O qeyd edib ki, müraciəti ünvanlayan həmin dairə üzrə qeydiyyata alınmış Aygün Süleymanlıdır. (Jurnalist Aygün Muradxanlı). İ. Məmmədov qeyd edib ki, namizəd seçki dairəsinin bir çox məntəqəsində qanun pozuntularının olduğunu iddia edib. Aygün Süleymanlı dairənin ümumi nəticələrinin ləğvini tələb edib. Aygün Süleymanlı müraciəti ilə bağlı çıxışı zamanı çoxsaylı qanun qozuntularının olduğunu, karusel əməliyyatlarının həyata keçirildiyini, bütün bunları əks etdirən videogörüntüləri elə seçki günü sosial şəbəkələrdə yerləşdirdiyini deyib.

 

Buna münasibət bildirən MSK sədri Məzahir Pənahov isə 28 saylı seçki dairəsində çəkilən cəmi 3 videonun sosial şəbəkədə yerləşdirildiyini söyləyib. MSK sədri deyib ki, bu videolardan ikisində məntəqə məlumdur, digər bir videonun isə hansı məntəqədə çəkildiyi naməlumdur.

 

Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun rəyi əsasında Aygün Süleymanlının şikayəti təmin edilməyib. Məzahir Pənahov tapşırıq verib ki, namizəd əlavə nə təqdim edibsə, sonra baxılsın.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi